• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

MS və “Liverpul” qələbə qazandı, MY ilə “Çelsi”nin seriyası qırıldı - İCMAL

Dünya futbolu

17-02-2026, 11:0

Premyer-liqada 26-cı tur start götürdü. Tur ilk növbədə nəhənglərdən “Çelsi” və “Mançester Yunayted”in qələbə seriyasının qırılmasıyla əlamətdar oldu. Londonlular 2:0-ə əldən verdi, mançesterlilər son saniyələrdə məğlubiyyətdən qurtuldu. “Mançester Siti” inamlı qələbə sayəsində liderin əsas izləyicisi kimi qalmaqdadı. “Liverpul” isə “ÇL zonası”na yaxınlaşdı.

"Football-plus.az" xəbər verir ki, MY çempionatdakı qələbə seriyasını 5 oyuna çatdıra bilmədi. Qələbə bir yana, mankunianlar səfərdə “Vest Hem”ə ardıcıl 4-cü oyunda uduzmağ yaxın idi. Hər halda, onlar Karrikin dövründəki ilk məğlubiyyətdən qaça bildi. Oyunun əksər bölümündə gözlənilən mənzərə izlədik: MY-nin oyunçuları mövqe hücumları qurur, topa nəzarət edir, dərin müdafiəyə çəkilən londonlular isə əks-hücumlara bel bağlayırdılar. Meydan sahiblərinin planı oyunboyu effekli şəkildə işlədi. Mankunianlar “çəkicdöyənlər”in sıx müdafiə xəttini yarmaqda çətinlik çəkirdilər. Hərçənd ilk yarının gedişində künc zərbəsinin ardından Şou hesabı aça bilərdi, ancaq Van-Bissaka topu qapı xəttindən çıxardı. 2-ci hissənin əvvəlində isə Souçekin məhsuldar zərbəsi “Vest Hem”i irəli çıxardı. Saatın tamamında MY Hermanseni məyus edə bildi, sadəcə, Kazemironun qolu ofsayd üzündən sayılmadı. Karrikin komandası oyunun sonunda primitiv hücum dalğasına əl atdı. Hər halda, belə üslub qol gətirdi. Uzatma dəqiqələrində Mbemonun asmasını tamamlayan Şeşko “qırmızı şeytanlar”ı məğlubiyyətdən qurtardı. MY heç-heçə sayəsində 4-cü pillədəki yerini qorudusa, “Vest Hem” 17-ci yerdə qərarlaşan “Nottingem Forest”ə çatmaq imkanını qaçırdı.

Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “Çelsi” elitada yerini qorumağa çalışan “Lids”i qəbul etdi. Oyunun əvvəlində sarı vərəqələrlə zəngin bərabər oyun getdi. 24-cü dəqiqədə Palmerin ara ötürməsindən sonra müdafiəçiləri arxada qoyan Pedro topu qapıçının başı üzərindən tora göndərdi. Palmer özü də Pedronun daban ötürməsindən sonra fərqi artıra bilərdi. Autsayderin oyunu isə heç cür alınmırdı. 2-ci hissədə Biyolun Pedroya qarşı aşkar kobudluğuna görə “Lids”in qapısına penalti təyin olundu. Palmer qapıçı ilə topu fərqli künclərə göndərib hesabı 2:0 edəndə oyunun taleyinin həll olunduğunu düşünənlər var idi. Ancaq “Lids” tezliklə qollardan birinin əvəzini çıxdı. Kaysedo Boqla qarşı kobud oynadığından “zadəganlar” penalti ilə cəzalandırıldı. Nmeça “nöqtə”dən möhtəşəm zərbə ilə fərqi azaltdı. Cəmi 6 dəqiqə sonra Boql müdafiəçilərin və qapıçının diqqətini özünə çəkdi, belədə londonluların cərimə meydançasındakı qarışıqlıqdan Okafor uğurla yararlandı – 2:2. “Çelsi” son dəqiqələrdə hesabı dəyişmək şanslarını qaçırdı. Netonun zərbəsindən sonra top dirəyin yanından keçdi, Palmer isə çox yaxın məsafədən “çərçivə”yə düşə bilmədi.
Çempion tituluna iddiasını itirməyən MS premyer-liqanın möhkəm ortababı “Fulhem”i qəbul etdi. “Şəhərlilər” ilk dəqiqələrdən yalnız hücumu düşünürdü. Onlar hissənin ortalarında irəli çıxdı: Nunyeşin cinah ötürməsinin qarşısını almaq istəyən Berq istəmədən topun Semenyoya düşməsinə səbəbkar oldu, o da yaxın məsafədən dəqiq zərbə vurdu. “Bağbanlar” buna Uilsonun zərbəsi ilə cavab verdi, amma Donnarumma etibarlı oynadı. Tezliklə “Siti” fərqi artırdı. Semenyodan ötürmə alan O’Rayli yumşaq zərbə ilə topu qapıçının üzərindən aşırdı. 39-cu dəqiqədə topu yerlə uzaq küncə göndərərn Holann fərqi darmadağın həddinə çatdırdı. Bununla da 2-ci hissə formallığa çevrildi. “Şəhərlilər” “qənaət” rejiminə keçdi, “bağbanlar” isə cəsarətlənərək irəli getməyə başlasalar da, Donnarummanın qapısı önündə təhlükəli vəziyyət yarada bilmədilər.

Cari mövsümdə heç bir komanda “Sanderlend”i səfərdə məğlub edə bilməmişdi. Ancaq hər seriyanın başa çatdığı gün olur. “Liverpul”, nəhayət, “qara pişiklər”i təslim olmağa məcbur etdi. “Qırmızılar”ın əhval-ruhiyyəsi hər nə qədər yerində olmasa da, onlar bir gün əvvəl xal itirən “Çelsi” ilə MY-yə yaxınlaşmaq imkanını qaçırmadı. “Sanderlend” Alissonu narahat etməsə də, öz qapısı önündə də rəqibin rahat hərəkətinə imkan vermirdi. Hissənin sonunda “Liverpul” rəqibi tam sıxışdırdı, hesabı açmaq üçün üç yaxşı imkan qazandı, ancaq Virtsin iki zərbəsindən sonra qapıçı Roers komandasını xilas etdisə, 3-cü zərbə dirəkdən döndü. 2-ci hissə də eyni tərzdə davam etdi. Müntəzəm qazanılan künc zərbələrindən biri “Liverpul”a uğur qazandırdı. Salah topu qaldırdı, hava mübarizəsində qalib gələn Van Diyk hesabı açdı. Bu qol qonaqları bir qədər arxayınlaşdırdı. Əslində onlar fərqi artıra da bilərdi. Ancaq Salahla Ekitike yaxşı şansı əldən verdi.

“Tottenhem”in böhran yaşamasından “Qarabağ”ın pley-offdakı rəqibi “Nyukasl” da yararlandı. “Sağsağanlar” son 5 çempionat oyununda ilk qələbəsini qazandı. Bu məğlubiyyət “mahmızlar”a baş məşqçi Tomas Franı itirmək bahasına başa gəldi. Hesabat turundan sonra “Nottingem Forest” də baş məşqçi ilə vidalaşdı. “Meşəçilər” “Vulverhempton”la heç-heçənin ardından ötən ilin oktyabrından “sükan arxasında” olan Şon Dayçı istefaya göndərdi. Bu komanda cari mövsümdə Nunu Eşpiritu Santu və Angelos Postekoğlu ilə də vidalaşıb.

Turun qalan oyunlarına gəlincə, “Brayton”u məğlub edən “Aston Villa” qələbə sayəsində ilk “3-lük”də yerini möhkəmlətdi. “Bornmut” səfərdə “Everton”a, “Bernli” “Kristal Pelas”a qalib gəldi.

26-cı tur
Mançester Siti – Fulhem 3:0

Semenyo, 24. O’Rayli, 30. Holann, 39. (54042)
MS: Dokyu, Nunyeş (Xusanov, 60), Diaş, Qehi, Ayt-Nuri, B.Silva (Reynders, 60), Rodri (Niko, 71), O’Rayli, Foden (Şerki, 71), Holann (Marmuş, 46), Semenyo.

Vest Hem – Mançester Yunayted 1:1
Souçek, 50 – Şeşko, 90+6. (62473)
MY: Lammens, Dalot (Zirkzee, 82), Maquayr (Yoro, 68), Martines, Şou, Maynu, Kazemiro, Diallo, Fernandeş, Kunya (Şeşko, 69), Mbemo.

Çelsi – Lids 2:2
Pedro, 24. Palmer, 58-p. – Nmeça, 67-p. Okafor, 73. (39253)
Çelsi: Sançes, Hüsto, Açimponq (Fofana, 79), Çaloba, Kukurelya (Hato, 46), Kaysedo, Santos (Delap, 79), Palmer, Fernandes, Estevao (Neto, 64), Pedro.

Sanderlend – Liverpul 0:1
Van Diyk, 61. (47159)
Liverpul: Alisson, Endo (Qomes, 69), Konate, Van Diyk, Robertson, Qravenberx, Makallister, Salah, Virts, Qakpo (Cons, 75), Ekitike (Kyeza, 88).

Tottenhem – Nyukasl 1:2
Qrey, 64 – Tiav, 45+5. Remsi, 68. (59773)
Nyukasl: Poup, Trippyer, Tiav, Botman, Bern, Remsi (Tonali, 75), Gimarayns (Holl, 90+1), Uillok (Voltemade, 88), Elanqa (Mörfi, 75), Qordon (Osula, 88), Barns.

Nottingem Forest – Vulverhempton 0:0
(29921)

Aston Villa – Brayton 1:0
Hinşelvud, 87-öz qapısına. (39495)

Everton – Bornmut 1:2
Ndiay, 42-p. – Rayan, 61. Adli, 64. (49354)

Kristal Pelas – Bernli 2:3
Strann-Larsen, 17; 33 – Mejbri, 40. Entoni, 44. Lerma, 45+2-öz qapısına. (23267)

Brentford – Arsenal 1:1
Luis-Poter, 71 – Madueke, 61. (17224)

1. Arsenal 26 17 6 3 50-18 57
2. Mançester S. 26 16 5 5 54-24 53
3. Aston Villa 26 15 5 6 37-27 50
4. Mançester Y. 26 12 9 5 47-37 45
5. Çelsi 26 12 8 6 47-30 44
6. Liverpul 26 12 6 8 41-35 42
7. Brentford 26 12 4 10 40-35 40
8. Bornmut 26 9 10 7 43-45 37
9. Everton 26 10 7 9 29-30 37
10. Nyukasl 26 10 6 10 37-37 36
11. Sanderlend 26 9 9 8 27-30 36
12. Fulhem 26 10 4 12 35-40 34
13. Kristal Pelas 26 8 8 10 28-32 32
14. Brayton 26 7 10 9 34-34 31
15. Lids 26 7 9 10 36-45 30
16. Tottenhem 26 7 8 11 36-37 29
17. Nottingem Forest 26 7 6 13 25-38 27
18. Vest Hem 26 6 6 14 32-49 24
19. Bernli 26 4 6 16 28-51 18
20. Vulverhempton 26 1 6 19 16-48 9

Bombardirlər: Holann (MS) – 22, Tyaqo (Brentford) – 17, Semenyo (Bornmut) – 13, Ekitike (Liverpul), Kalvert-Lüin (Lids), Pedro (Çelsi) - 10.

Növbəti turun oyunları fevralın 21-23-ü aralığında keçiriləcək: Aston Villa – Lids, Brentford – Brayton, Çelsi – Bernli, Vest Hem – Bornmut, Mançester Siti – Nyukasl, Kristal Pelas – Vulverhempton, Nottingem Forest – Liverpul, Sanderlend – Fulhem, Tottenhem – Arsenal, Everton – Mançester Yunayted.

Turun rəqəmi
653 – “Brayton”un yarımmüdafəçisi Ceyms Milner premyer-liqada oyun sayını bu həddə çatdırdı. O, Qaret Berriyə məxsus olan rekordu təkrarladı. 40 yaşlı Milner bu oyunlardan 230-nu “Liverpul”un heyətində keçirib.
Turun ulduzu
Antuan Semenyo (Mançester Siti) – bu oyunda qol və ötürmə ilə yadda qaldı. Hücumdakı fəallığı öz yerində, böyük həcmdə “qara iş” də gördü.

Turun sitatı
Dennis Berqkamp, “Arsenal”ın sabiq hücumçusu:

“Arsen Venger həmişə bizə deyirdi ki, hər oyun finaldı, sadəcə, növbəti qarşılaşmaya köklən. Bu gün “Arsenal”la yalnız MS rəqabət apara bilərd. Düşünürəm ki, qalan komandalar indiki məqamda yetərincə güclü deyil. Amma vacib oyunlar hələ irəlidədi”.


Faktlar
* “Sanderlend” – “Liverpul” oyununda komandaların start heyətində ingilis futbolçu yox idi. Belə hadisə premyer-liqa tarixində 4-cü dəfə baş verdi. “Arsenal” – “Portsmut” (2009), “Arsenal” – “Çelsi” (2011), “Fulhem” – “Mançester Siti” (2025) oyunlarında da heç bir komandanın start heyətində yerli futbolçu olmayıb.
* Vircil van Diyk “Liverpul”un müdafiəçiləri arasında qol sayına görə yeni rekordçu oldu. “Sanderlend”in qapısına yol tapan niderlandlı müdafiəçi premyer-liqada 23-cü qolunu vurdu. O, bu göstəricidə finlandiyalı Sami Hyuypiyanın rekordunu (22) yenilədi. Van Diyk 2018-ci ildən “Liverpul”da çıxış edir.

Oyundan sonra
Liam Rosenyor, “Çelsi”nin baş məşqçisi:
“Altı dəqiqə. Biz cəmi 6 dəqiqəliyə oyundan qopduq. Baxmayaraq ki, buna qədər oyunun axarına tam nəzarət edirdik. Futbol haqda danışmaq istəmirəm. Güclü olmaq və fikrimcə, qadir olduğumuz hədəflərə çatmaq istəyiriksə, bütün 90 dəqiqə ərzində oyuna köklənmək lazımdı. Bax belə. Məyusluqdan ölürəm, ona görə ki, zaman-zaman möhtəşəm oyun göstərdik, 3 xal qazanmalıydıq. Ancaq iki epizod üzündən mümkün olmadı. Qələbə qazanmalı olduğumuz oyunda “Lids”ə xal verdik, bu 1 xalı rəqibə bağışladıq”.


Maykl Karrik, MY-nin baş məşqçisi:
“Əslində normal oynadıq. Bir qədər məyusuq. Çünki imkanlarımızın maksimumunu göstərə bilmədik. Məhz belə vəziyyətlərdə çıxış yolu tapmaq və irəli hərəkət etmək lazımdı. Bu stadionda oynamaq çətindi. Hərəkətlərimiz yetərincə dəqiq deyildi ki, rəqib qapısına yol tapaq. Amma yenə də əla komanda ruhu göstərdik. Bu heç-heçəni qəbul edir və irəli baxırıq. Şeşko möhtəşəm qol vurdu. Ona görə sevinirəm. Turnir cədvəlindəki vəziyyətimizi və birlikdə çalışdığımız dönəmi nəzərə alıb, bu 1 xalı qəbul edirəm. Çətin olsa da, xal qazanmağı bacardıq”.


Arne Slot, “Liverpul”un baş məşqçisi:
“Çox vacib qələbə qazandıq. Cəmi iki gün dincələndən sonra bütün gücümüzü meydanda qoymalı olduq. Ardından yenə çətin səfər oyunu gəlir. Topla yaxşı oynamaq bacarığımızı növbəti dəfə göstərdik. Bu gün çoxlu qol vəziyyəti yaratdıq. Oyunboyu xarakter göstərdik, bu üzdən burdan qələbə ilə ayrılırıq. Oyunçuların fədakarlığı baxımından ən yaxşı oyunlarımızdan birini keçirdik”.
Eddi Hau, “Nyukasl”ın baş məşqçisi: "Bu gün yaxşı oyun sərgilədik. Qəribə qarşılaşma idi. Məncə, rəqibin bərabərlik qolu matçın axarına uyğun deyildi. Uşaqlar sağ olsunlar ki, oyunun ipini buraxmadılar. Rəqibin qapımıza yol tapmasına çox yaxşı reaksiya verdik. İkinci qolu vurduq və xoşbəxtlikdən son dəqiqələrdə çox yaxşı müdafiə olunduq".

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-02-2026, 19:0

''Yunayted''in seriyası qırıldı, məşhur fanat saçını kəsdirə bilmədi!

Dünya futbolu

20-03-2024, 18:0

“Tottenhem” darmadağın oldu – TURUN ŞƏRHİ

Dünya futbolu

8-03-2023, 21:0

İngiltərə premyer-liqasının 26-cı turu ilə bağlı MARAQLI FAKTLAR

Dünya futbolu

25-01-2025, 23:0

“Liverpul”, MS və “Çelsi” xal itirdi, “Arsenal” fərqi azaltdı - İCMAL

Dünya futbolu

30-04-2022, 23:0

"Mançester Siti"dən böyük hesablı qələbə

Dünya futbolu

7-12-2023, 19:0

“Arsenal”: ardıcıl 6-cı qələbə, özü də 90+7-ci dəqiqədəki qolla!

Aktual
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
Son xəbərlər
  • Bu gün, 21:57
    Onun yolu Madridədi?
  • Bu gün, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Bu gün, 20:55
    Milli komandada yeni təyinat
  • Bu gün, 20:24
    Yeni kapitan oldu
  • Bu gün, 19:53
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Bu gün, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Bu gün, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Bu gün, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Bu gün, 17:29
    Messi ilə birgə oynayacaq
  • Bu gün, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Bu gün, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Bu gün, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Bu gün, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Bu gün, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Bu gün, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Bu gün, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Bu gün, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Bu gün, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Bu gün, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Bu gün, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Bu gün, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Bu gün, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Bu gün, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 209
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 197
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə