• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İngiltərə premyer-liqasının 26-cı turu ilə bağlı MARAQLI FAKTLAR

Dünya futbolu

8-03-2023, 21:0

Premyer-liqa varsa, tamaşa da var! “Liverpul”un “Mançester Yunayted”in “külünü göyə sovurduğu” turda başqa oyunlara toxunmamaq da olar.

“Football-plus.az” xəbər verir ki, amma hesabat turunda maraqlı nəticə təkcə bu deyildi. “Arsenal” 0:2-ni 3:2-yə çevirməklə çempionluq mübarizəsindən əsla çəkinməyəcəyini bir daha göstərdi. Digər nəhənglərdən “Mançester Siti” və “Çelsi” sevindi, “Tottenhem” isə büdrədi. Belə görünür ki, ÇL-ə 4-cü vəsiqə uğrunda intriqa son tura qədər davam edəcək.

“Arsenal”ın “Bornmut”la oyunda belə çətinlik çəkəcəyini kim düşünə bilərdi?! Lider elitada qalmağa çalışan rəqiblə oyunda xal itirməyə çox yaxın idi. Qonaqlar dərhal hesabı açdı, ardından “topçular” onların qapısını “mühasirəyə aldı”. Ancaq “albalılar” keyfiyyətli müdafiə olunurdu. Üstəlik “Bornmut” 57-ci dəqiqədə daha bir qol vurdu. Yalnız bundan sonra “topçular”ın qəzəbi yerə-göyə sığmadı. 62-ci dəqiqədə Parti fərqi azaltdı, 8 dəqiqə sonra isə Uayt hesabı bərabərləşdirdi. Qələbəyə yaxın olduğunu anlayan “topçular” sonda təzyiqi bir qədər də artırdı. Nəhayət, 8-ci dəqiqədə bu komandanın azarkeşlərini sevincə qərq edən qol vuruldu. 69-cu dəqiqədə meydana çıxan Nelson oyunun qəhrəmanı oldu. “Arsenal” inanılmaz geridönüş sayəsində yenə izləyicisi ilə xal fərqini 5-də saxladı.

İş ondadı ki, MS meydana bir neçə saat əvvəl çıxmış və “Nyukasl”ı məğlub etmişdi. Çempionluğa və ÇL-ə iddialı komandalar qarşılaşsa da, meydanda əsl mübarizə izləyə bilmədik. Qvardiolanın komandası “sağsağanlar”ın optimal formada olmamasından məharətlə yararlandı. Mankunianlar rəqibin ilk yarıda “çərçivə”yə bir zərbə də vurmasına imkan vermədi. Foden artıq 15-ci dəqiqədə rəqibin 4 oyunçusunun öhdəsindən gəlib hesabı açdı. 2-ci hissədə meydanda bərabər mübarizə getdi. Çox güman, həm də MS-nin tempi aşağı salmasına görə. Heyətdəki dəyişikliklər də “Nyukasl”ın oyununu canlandırmadı. Əvəzində Bernardo Silva meydana çıxandan cəmi 2 dəqiqə sonra fərqi artırmaqla oyunun taleyini həll etdi.
Derbilərin təbiəti belədi ki, heç də həmişə turnir cədvəlinin daha yuxarı pilləsində qərarlaşan komanda qalib gəlmir. Xüsusən də söhbət İngiltərədəki ən prinsipial dueldən gedirsə. MY cari mövsümü nə qədər ideal səviyyədə keçirsə də, “Liverpul” bu komandanın daşını daş üstə qoymadı. Əslində ilk yarının axarına əsasən oyunun 7:0 hesabıyla bitəcəyini düşünmək axmaqlıq olardı. Kloppun komandası təşəbbüsü ələ keçirmişdi, daha yaxşı oynayır, qol vəziyyətləri yaradırdı, ancaq mankunianlar da çəkinmir, cavab verirdilər. İlk yarı qolsuz sona doğru yaxınlaşarkən Qakpo səhnəyə çıxaraq məhsuldar zərbə vurdu. 2-ci hissədə isə meydanda yalnız bir komanda var idi. “Liverpul” tarixi qələbə qazandı. Qakpo dubl etdi, Nunyeslə Salah da onun uğurunu təkrarladı. Misirli həm də Firminonun fərqlənməsinə şərait yaratdı.

Mersisaydlılar artıq 5-ci pilləyə yüksəlib, Ten Haqa isə belə faciəvi oyundan sonra yetirmələrini özünə gətirmək çətin olacaq.

“Vest Hem” və “Çelsi” üzərində qələbələr “Tottenhem”i ilk “4-lüy”ə qaytarmışdı, ancaq “mahmızlar” gözlənilmədən Vulverhemptonda büdrədi. Bəlkə də qonaqlar “Şeffild Yunayted”lə kubok oyununda çox güc itirmişdi. Ancaq rəqiblər bərabər şəraitdə idi: “canavarlar” da həftəiçi 7-ci turdan təxirə salınan oyuna çıxmışdılar. Ədalət naminə deyək ki, “Tottenhem” oyunun əksər bölümündə təşəbbüsə malik oldu. İlk yarıda qonaqlardan Kulusevski, Perişiç və Porro fərqlənə bilərdi. 2-ci hissənin əvvəlində Son Hın Minin də zərbəsi tirdən dönəndən sonra aydın oldu ki, bəxt “mahmızlar”dan üz döndərib. Sona yaxın artıq meydan sahibləri üstün təsir bağışlayırdı. 82-ci dəqiqədə Ximenesin qapıçıdan dönən zərbəsini qapıya göndərən Traore “canavarlar”a qələbə qazandırdı.

“Çelsi” hər nə qədər kadr problemləriylə üzləşsə də, “Lids”lə oyuna yaxşı hazırlaşmışdı. İlk yarını yüksək tempdə keçirən londonlular çoxlu qol vəziyyəti yaratdı. Onlar ən azı üç qol vurmalıydı. Fasiləyə yaxın qonaqlar da bir qədər fəallaşdı. 2-ci hissənin əvvəlində künc zərbəsindən sonra Fofana “Çelsi”ni irəli çıxardı. Potter dəyişikliklər hesabına qələbəni qorumaq xəttini tutdu və bu dəfə niyyətinə çatdı. “Zadəganlar” son 7 oyunda ilk qələbəsini qazandı. Ancaq onların 2-ci hissədəki oyunu birmənalı təsir bağışlamadı.

* MY klub tarixində premyer-liqadakı ən böyükhesablı məğlubiyyətlə üzləşdi. Bundan başqa, 0:7 mankunianlar üçün bütün tarixi ərzindəki ən pis nəticənin təkralanmasıdı. Onlar buna qədər üç dəfə 0:7 uduzmuşdular – 1926-cı ildə “Blekbern”ə, 1930-cu ildə “Aston Villa”ya, 1931-ci ildə isə “Vulverhempton”a. Ten Haq da 481 oyunu əhatə edən məşqçilik karyerasında ən böyükhesablı məğlubiyyətini yaşadı.
* MY-nin məğlubiyyətsiz oyunlar seriyası 11-də qırıldı. Komanda buna qədər keçirdiyi son 11 oyunun 9-da qələbə qazanmış, 2-də heç-heçə etmişdi.
* Salah Faulerin “Liverpul”un heyətində premyer-liqada qol sayına görə rekordunu qırdı. Misirli hücumçu hesabat turunda qol sayını 129-a çatdırdı. O həm də premyer-liqada MY-nin qapısına hamıdan çox – 10 dəfə yol tapan Şirerin rekordunu təkrarladı.
* “Arsenal” 2012-ci ildən bəri ilk dəfə premyer-liqa oyununda 2 top fərqi ilə geri düşdüyü oyunda qalib gələ bildi. “Topçular” bunu sonuncu dəfə həmin ilin fevralında – “Tottenhem”lə oyunda (5:2) bacarmışdılar. Sonra isə 65 dəfə 0:2-ni qələbə çevirə bilməmişdilər.
* Billinq “Bornmut” üçün özünəməxsus rekord müəyyənləşdirdi. 26 yaşlı danimarkalı hakimin start fitindən 9,11 saniyə sonra “Arsenal”ın qapısına yol tapdı. Bu isə premyer-liqa tarixində ən erkən 2-ci qoldu. Billinq yalnız 2018/19 mövsümündə 7,69-cu saniyədə fərqlənən “Sauthempton”un forvardı Şeyn Lonqdan geri qalır.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

15-04-2022, 15:0

Kim çempion olacaq: “Mançester Siti”, yoxsa “Liverpul”?

Dünya futbolu

13-08-2022, 23:0

"Mançester Yunayted" darmadağın oldu

Dünya futbolu

1-10-2022, 10:0

Mükafatlar "Mançester Yunayted"lilərə çatdı

Dünya futbolu

18-03-2022, 19:0

Qvardiola üçün premyer-liqada münasib olmayan rəqiblər var

Dünya futbolu

27-02-2023, 11:0

“Mançester Yunayted” İngiltərə Liqa Kubokunun qalibi oldu

Dünya futbolu

26-05-2022, 10:0

Premyer-liqanın ən pis rəmzi komandası açıqlandı

Aktual
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
"Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
“Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
H
"Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
Son xəbərlər
  • Bu gün, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Bu gün, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Bu gün, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Bu gün, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Bu gün, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Bu gün, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Bu gün, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Bu gün, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Bu gün, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Bu gün, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Bu gün, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Bu gün, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Bu gün, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Bu gün, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Bu gün, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Bu gün, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
  • Dünən, 17:56
    H
  • Dünən, 17:30
    "Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
  • Dünən, 16:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 16:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
  • Dünən, 16:30
    "KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
  • Dünən, 16:07
    Hamını arxada qoydu
  • Dünən, 15:36
    "Zirə" yamaykalı vinger transfer etdi
  • Dünən, 15:24
    "Qarabağ"ın da potensial rəqibi bəlli oldu
  • Dünən, 14:59
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 14:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşdi - ÇL
  • Dünən, 14:06
    “Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 228
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 184
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 161
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə