Mourinyo üçün növbəti variant

10.02.2026 17:28
Dünya futbolu
Joze Mourinyo yaxın gələcəkdə Portuqaliya yığmasının başına keçə bilər.

"Football-plus.az" xəbər verir ki, Portuqaliya Futbol Federasiyası (PFF) hazırda milli komandanı çalışdıran Roberto Martinesin müqaviləsinin müddəti sona çatandan sonra Mourinyoya təklif göndərməyi planlaşdırır.

Martinesin PFF ilə müqaviləsi iyulun 31-nə qədər qüvvədədi. 63 yaşlı Mourinyonun “Benfika” ilə müqaviləsinin müddəti isə 2027-ci ilin iyununa qədər nəzərdə tutulub.

Portuqaliya yığması Roberto Martinesin rəhbərliyi altında ardıcıl 7-ci dəfə dünya çempionatına vəsiqə qazanıb. Yeri gəlmişkən, DÇ-2026 11 iyun - 19 iyul aralığında ABŞ, Kanada və Meksikada keçiriləcək.