Kriştiano Ronaldo ilə bağlı məlumat yayılıb.
"Football-plus.az" Xəbər verir ki, “Əl-Nəssr”in ulduz futbolçusu İsveçlə yoldaşlıq görüşü üçün Portuqaliya millisinin heyətinə daxil edilməyib. Portuqaliya Futbol Federasiyasının saytının məlumatında qeyd olunur ki, 39 yaşlı hücumçu Sloveniya ilə yoldaşlıq matçından əvvəl milli komandaya qoşulacaq. Qeyd edək ki, Kriştiano daha əvvəl İsveç və Sloveniya ilə yoldaşlıq oyunları üçün Portuqaliya millisinin təlim-məşq toplanışına çağırılmışdı.
Portuqaliya - İsveç oyunu martın 21-də keçiriləcək. Beş gün sonra Roberto Martinesin komandası Sloveniya ilə qarşılaşacaq.