Mourinyonun bu yığmanın başına keçəcəyi iddia edilsə də...

16.05.2025 16:58 12
Dünya futbolu
''Fənərbaxça''nın baş məşqçisi Joze Mourinyonun gələcəyi müzakirə mövzusu olmaqda davam edir.

''Football-plus.az'' xəbər verir ki, mövsümün gedişində onun ayrıla biləcəyi ilə bağlı tez-tez xəbərlər peyda olurdu. Ünlü portuqaliyalı mütəxəssis qarşıya qoyulan hədəfə çata bilmədikdən sonra bu məsələ yenidən aktuallaşıb.

Başqan Əli Koç 15 milyon avroluq təzminatı da nəzərə almaqla Mourinyo ilə yola davam etməyin əleyhinə deyil. Amma məşqçi ayrılmaq istəyəcəyi təqdirdə rəhbərlik ona mane olmayacaq.

Bu arada Mourinyo ilə bağlı maraqlı bir iddia ortaya atılıb. Türkiyənin ''HT Spor'' kanalının paylaşdığı xəbərə görə bu məşqçi Portuqaliya Futbol Federasiyasından teklif alıb və hətta tərəflər arasında ilkin anlaşma da əldə olunub. Həmin anlaşmaya görə guya Mourinyo artıq gələn ay Millətlər Liqasının final mərhələsində komandanın başında yer alacaq. Amma Portuqaliyanın hazırda məşqçisi var. Bu, Roberto Martinesdi və onun istefası ilə bağlı hələ ki, heç bir rəsmi xəbər yoxdu.

Ona görə də bu iddia bir qədər qəribə səslənir. Zatən xəbərin ortaya çıxmasından bir qədər sonra PFF-nin bir qaynağı bu şayiələri təkzib etdi. Həmin qaynaq Portuqaliyanın ''Rekord'' nəşrinə açıqlamasında heç bir məşqçi ilə görüşmədiklərini və Martinesin ən azı müqavilə müddətinin sonuna, yəni 2026-cı ilin yayına qədər işinin başında olacağını vurğulayıb. Ona görə də Mourinyo ''Fənərbaxça'' işbirliyi hələ ki davam edir.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul