Şotlandiyaya üz tutdu

9.02.2026 21:56
Dünya futbolu
Aleks Oksleyd-Çemberleynin yeni klubu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi karyerasını Şotlandiyada davam etdirəcək. İngiltərə millisinin sabiq oyunçusu “Seltik”lə  “6 ay + 1 il” sxemi üzrə müqavilə imzalayıb. Bu barədə Qlazqo klubunun rəsmi saytı məlumat yayıb.

Çemberleyn karyerası ərzində “Sauthempton”, “Arsenal”, “Liverpul” və “Beşiktaş”da çıxış edib.