Rüfət Abdullazadə "Varajdin"də

24.07.2025 17:51 24
Ölkə futbolu
"Səbail"dən ayrılan Rüfət Abdullazadənin yeni klubu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi karyerasını "Varazdin"də (Xorvatiya) davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ölkənin əsas çempionatında mübarizə aparan "Varazdin" Rüfətlə 3 illik müqavilə imzalayıb. Onun klubla danışıqları "Asadov Pro Bridge" agentliyinin rəhbəri Emil Əsədov tərəfindən aparılıb.

Xatırladaq ki, Rüfət Abdullazadə karyerası ərzində "Sumqayıt"ın da formasını geyib. O, son klubu "Səbail"dən ötən həftə ayrılıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul