“Liverpul”dan Şotlandiyaya üz tutdu

27.07.2022 10:47 435
Dünya futbolu
Ben Deyvis “Liverpul”u tərk edib. O, karyerasını Şotlandiyada davam etdirəcək.

Football-plus.az
xəbər verir ki, 26 yaşlı müdafiəçi “Reyncers”ə keçib. Qlazqo klubunun mətbuat xidmətinin məlumatında Deyvislə 4 illik müqavilə imzalandığı bildirilib.

Qeyd edək ki, “Liverpul”a 2021-ci ilin fevralında keçən müdafiəçi “qırmızılar”la rəsmi matça çıxmayıb.