2-ci divizionda oynayacaq

29.08.2025 10:00 16
Dünya futbolu
Danni İnqsin yeni klubu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, ingiltərəli hücumçu karyerasını çempionşipdə davam etdirəcək. İnqs “Şeffild Yunayted”lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı forvard 2-ci divizion təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

Danni 2011-19-cu illərdə “Liverpul”da çıxış edib. O, “Vest Hem”, “Sauthempton” və “Aston Villa”da da oynayıb.