Miralem Pyaniçin yeni klubu müəyyənləşib.
O, Rusiyada qərar tutub. Bosniya və Hersoqovina yığmasının sabiq yarımmüdafiəçisi karyerasını ÇSKA-da davam etdirəcək. 34 yaşlı futbolçu artıq Moskva klubunda tibbi müayinədən uğurla keçib. O, “hərbçilər”lə “1+1 il” sxemi üzrə anlaşıb. Yerli mənbələr Pyaniçin Rusiya klubunda ilə 1 milyon avro maaş alacağını xəbər verir.
Qeyd edək ki, Miralemin sonuncu klubu “Şarcah” (Birləşmiş Ərəb Əmirlikləri) olub. O, karyerası ərzində “Mets”, “Lion”, “Roma”, “Yuventus”, “Barselona” və “Beşiktaş”da da oynayıb.
Pyaniç Rusiyada qərar tutdu
Dünya futbolu



