Şotlandiyanı tərk etdi

27.08.2024 20:39 288
Dünya futbolu
“Brayton” növbəti transferini reallaşdırıb.

“Football-plus.az” xəbər verir ki, İngiltərə klubu “Seltik”in yarımmüdafiəçisi Mett O’Raylini heyətinə qatıb. Bu barədə “Brayton”un mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Mett “Seltik”də 2022-ci ilin yanvarından çıxış edirdi. O, Qlazqo klubunun heyətində meydana çıxdığı 124 oyunda 27 qol vurub və 35 məhsuldar ötürmə edib.