• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Çelsi” və “Liverpul” əzmkar qələbə qazandı, “Arsenal” MS ilə fərqi artırdı - İCMAL

Dünya futbolu

6-02-2026, 12:0

Premyer-liqada yenə də maraqlı süjetlər və nəticələr var. Məsələn, “Çelsi” ilə “Liverpul” əzmkar qələbə qazandı, MY Karriklə qələbə seriyasını 3-ə çatdırdı, “Aston Villa” 42-ci dəqiqədən azlıqda oynayan rəqibə uduzdu, nəhayət, MS-nin xal itkisi lider “Arsenal”ın arada 6 xal fərqi yaratmasına səbəb oldu.

"Football-plus.az" xəbər verir ki, “Arsenal” çempionatdakı 3 oyunluq qələbəsiz seriyasını dayandırdı. “Topçular” bunu ən münasib rəqiblərindən biri ilə oyunda bacardı. “Arsenal” “Lids”i premyer-liqada ardıcıl 7-ci oyunda məğlub, ardıcıl 3-cü dəfə darmadağın etdi. Meydan sahibləri 1-ci dövrədəki 0:5-in təsadüf olduğunu sübut edə bilmədi. Hərçənd ilk yarının axarı növbəti darmadağından xəbər vermirdi. Komandalar birlikdə qapıya üç zərbə vurdu və “Arsenal” maksimuma nail oldu. “Topçular”ın fasiləyə qədər olan hər iki qolu künc zərbəsindən sonra “doğuldu”. 27-ci dəqiqədə Maduekenin asmasını Subimendi dəqiq zərbə ilə tamamladı, bir qədər sonra isə Madueke “quru yarpaq” vurdu, qapıçı Darlounun əlcəklərinə toxunan top tora düşdü. “Lids” 2-ci hissənin əvvəlində oyunun axarını dəyişməyə çalışdı. “Topçular” bilərəkdən topu rəqibə verdi, əvəzində sürətli hücumlar üçün boşluqlar qazandı. 2-ci hissənin ortalarında Martinellinin ötürməsini tamamlayan Dyökereş fərqi darmadağın həddinə çatdırdı. Ancaq “Arsenal” bununla da kifayətlənmədi. Sonradan meydana çıxan Jezus üç əlverişli imkandan sonuncusunu qola çevirdi. İnamlı qələbə qazanan “Arsenal” ən yaxın izləyiciləri ilə xal fərqini artırdı.

İş ondadı ki, “Mançester Siti” bu il premyer-liqada hədsiz qeyri-sabit çıxış edir. Qvardiolanın komandası Londonda “Tottenhem”lə heç-heçə etməklə növbəti dəfə xal itirdi. İlk yarı “şəhərlilər”in ssenarisi üzrə keçdi. Onlar fasiləyə qədər meydanda başverənlərə tam nəzarət etdilər və iki qol vurdular. Debütdə Şerki qonaqları irəli çıxardı, hissənin sonunda isə Semenyo fərqləndi. “Mahmızlar” ilk yarını tam boşa verdi. Ancaq facilədən sonra Frankın komandası dirçəldi. Dərhal təşəbbüsü ələ alan “Tottenhem”i Solanke ümidləndirdi. Hissənin ortalarında isə yenə Solanke, özü də effektli daban zərbəsi ilə “status-kvo”nu bərpa etdi. Ardından Odoberlə Simonsun hətta “mahmızlar”ı irəli çıxarmaq imkanı da oldu, ancaq Donnarumma hər iki halda qonaqları xilas etdi. Yalnız lap sonda “şəhərlilər” ayıldı və hücumda nəsə göstərməyə başladı. Qvardiolanın komandasının 3-cü qolu vurmaq üçün bir neçə gözəl imkanı var idi. Amma bu mümkün olmadı. “Tottenhem” son 6 çempionat oyununda qələbə qazana bilməsə də, 2-ci hissədəki oyunu ilə azarkeşlərinə ümid verdi.

“Aston Villa” qələbə sayəsində MS-ni 2-ci pillədən sıxışdıra bilərdi. Ancaq birmingemlilər də evdə “Brentford”a uduzdu. “Arılar” Şadenin 42-ci dəqiqədə birbaşa “qırmızı” ilə qovulması üzündən azlıqda qaldı, 45+1-ci dəqiqədə fərqləndi və qələbə hesabını sona qədər qorumağı bacardı.
Turun mərkəzi oyunlarından birində “Çelsi” “Vest Hem” üzərində əzmkar qələbə qazandı. “Zadəganlar” bir həftə ərzində 2-ci dəfə ilk yarıdakı məğlubiyyətin ardından qəhrəmancasına oyunun axarını dəyişməyi bacardı. Rosenyorun komandası fasiləyə qədər meydanda vaxt keçirdi. Belədə “çəkicdöyənlər”in iki qol vurması təəccüb doğurmadı. Rosenyor fasilədə birdən-birə üç oyunçusunu dəyişdi. Baş məşqçinin Pedro, Kukurelya və Fofananı meydana buraxması dərhal işə yaradı. Pedro 57-ci dəqiqədə məhz Fofananın ötürməsindən sonra fərqi azaltdı, ardından Kukurelya tablodakı rəqəmləri eyniləşdirdi. Artıq “Çelsi”nin oyunçuları qələbə qolu üçün irəli atılmışdı, qonaqlar, sadəcə, meydanda yaşananları seyr edirdi. Sonda Todibo uyğun mövqedən dirəyi “nişan aldı”, Fernandes isə Pedronun ötürməsindən sonra qələbə qolunu vurdu. Amma bu qələbə “zadəganlar”ı ilk “4-lüy”ə qaytarmadı.

Ona görə ki, “Mançester Yunayted” Karrikin rəhbərliyi altında ideal nəticə göstərməkdədi. “Qırmızı şeytanlar” MS və “Arsenal”ın ardından “Fulhem”i də məğlub etdi. Hər kəs MY-dən “1 nömrə” kimi oynamağı tələb edirdi. Doğrudan da, meydan sahibləri bu oyunda topa daha çox nəzarət etdi, ancaq sonda yenə bu baxımdan “bağbanlar”dan geri qaldı. 19-cu dəqiqədə hesabı açan “Yunayted” 2-ci hissənin əvvəlində fərqi artırdı. Amma bundan sonra mankunianlar tam əks-hücum taktikasına keçdi. Və bunun əvəzini ödəmək lazım gəldi. Əvvəlcə Ximenes penaltini qola çevirməklə fərqi azaltdı, ilk uzatma dəqiqəsində isə Kevin MY-ni şoka salan qolu vurdu. Amma bu şok uzun sürmədi. 74-cü dəqiqədə meydana çıxan Şeşko 4-cü uzatma dəqiqəsində “Old Trafford”u coşdurdu. Çox güman, Karrik mövsüm bitəndən sonra yerini başqasına verəcək. Ancaq ardıcıl 3-cü qələbə məhz onun gəlişindən sonra futbolçularda öz gücünə inamın artdığını göstərir.

Daha bir mərkəzi oyunda “Qarabağ”ın ÇL-dəki son və növbəti rəqibi qarşılaşdı. Parisdən yorğun qayıdan “Nyukasl” ilk yarının böyük bölümündə uğurla müdafiə olundu və hətta Makallisterin səhvindən sonra Qordon hesabı açdı. Ancaq “Liverpul”, daha dəqiqi, Ekitike üç dəqiqə ərzində vəziyyəti dəyişdi. Fransalı hücumçu dubl etdi. “Qırmızılar” 2-ci hissə üçün güclü psixoloji impuls qazandısa, Gimaraynsla Joelintonun yoxluğunda “qan itirən” “sağsağanlar” heç cür özünə gələ bilmədi. Virts 67-ci dəqiqədə Salahın ötürməsindən sonra 3-cü qolu vurmaqla oyunun taleyini həll etdi. Lap sonda isə atasının ölümünə görə bir müddət oynamayan Konate daha bir qol vurdu. “Nyukasl”ın qapıçısı Poup bu qolda çıxışda səhv etdi. Son üç turda 1 xal qazanan “sağsağanlar” “ÇL zonası”ndan get-gedə uzaqlaşmaqdadı.

Turun qalan oyunlarına gəlincə, “Brayton” – “Everton”, “Nottingem Forest” – “Kristal Pelas” duelləri heç-heçə bitdi, “Vulverhempton” evdə “Bornmut”a uduzdu.

24-cü tur
Lids – Arsenal 0:4

Subimendi, 27. Darlou, 38-öz qapısına. Dyökereş, 69. Jezus, 86. (36858)
Arsenal: Rayya, Timber, Saliba, Qabriel, İnkapye (Kalafyori, 76), Haverts (Edeqor, 61), Subimendi, Rays, Madueke (Martinelli, 61), Dyökereş (Jezus, 75), Trossar (Eze, 81).

Tottenhem – Mançester Siti 2:2
Solanke, 53; 70 – Şerki, 11. Semenyo, 44. (61337)
MS: Donnarumma, Nunyeş, Xusanov, Qehi, O’Rayli, Rodri (Marmuş, 90+4), Semenyo, Şerki (Reynders, 69), B.Silva (Foden, 88), Ayt-Nuri (Niko, 70), Holann.

Mançester Yunayted – Fulhem 3:2
Kazemiro, 19. Kunya, 56. Şeşko, 90+4 – Ximenes, 85-p. Kevin, 90+1.
MY: Lammens, Dalot (Mazraui, 86), Maquayr, Martines, Şou, Kazemiro (Uqarte, 75), Maynu, Diallo, Fernandeş, Kunya (Şeşko, 74), Mbemo (Yoro, 90+6).

Çelsi – Vest Hem 3:2
Pedro, 50. Kukurelya, 70. Fernandes, 90+2 – Bouen, 7. Sammervill, 36.
Çelsi: Sançes, Hüsto (Ceyms, 81), Çaloba, Badyaşil (Fofana, 46), Hato (Kukurelya, 46), Fernandes, Kaysedo, Gittens (Neto, 26), Palmer, Qarnaço (Pedro, 46), Delap.

Liverpul – Nyukasl 4:1
Ekitike, 41; 43. Virts, 67. Konate, 90+3 – Qordon, 36. (60416)
Liverpul: Alisson, Soboslai, Konate, Van Diyk, Kerkez, Qravenberx, Makallister, Salah (Kyeza, 84), Virts (Endo, 87), Qakpo, Ekitike (Cons, 84).
Nyukasl: Poup, Trippyer (Osula, 84), Tiav, Bern, Holl (A.Mörfi, 89), Uillok (C.Mörfi, 73), Tonali, Remsi, Elanqa (Voltemade, 73), Qordon, Barns (Vissa, 73).

Brayton – Everton 1:1
Qross, 73 – Betu, 90+7. (31419)

Vulverhempton – Bornmut 0:2
Krupi, 33. Skott, 90+1. (30161)

Aston Villa – Brentford 0:1
Uattara, 45+1. (41415)

Nottingem Forest – Kristal Pelas 1:1
Gibbs-Uayt, 5 – Sarr, 45+2-p. (30334)

Sanderlend – Bernli 3:0
Tuanzebe, 9-öz qapısına. Diarra, 32. Talbi, 72.

1. Arsenal 24 16 5 3 46-17 53
2. Mançester S. 24 14 5 5 49-23 47
3. Aston Villa 24 14 4 6 35-26 46
4. Mançester Y. 24 11 8 5 44-36 41
5. Çelsi 24 11 7 6 42-27 40
6. Liverpul 24 11 6 7 39-33 39
7. Brentford 24 11 3 10 36-32 36
8. Fulhem 24 10 4 10 34-35 34
9. Sanderlend 24 9 9 6 27-26 36
10. Everton 24 9 7 8 26-27 34
11. Nyukasl 24 9 6 9 33-33 33
12. Bornmut 24 8 9 7 40-43 33
13. Brayton 24 7 10 7 34-32 31
14. Tottenhem 24 7 8 9 35-33 29
15. Kristal Pelas 24 7 8 9 25-29 29
16. Lids 24 6 8 10 31-42 26
17. Nottingem Forest 24 7 5 12 24-35 26
18. Vest Hem 24 5 5 14 29-48 20
19. Bernli 24 3 6 15 25-47 15
20. Vulverhempton 24 1 5 18 15-45 8

Bombardirlər: Holann (MS) – 20, Tyaqo (Brentford) – 16, Semenyo (Bornmut) – 12, Ekitike (Liverpul) - 10.
Növbəti turun oyunları fevralın 6-8-i aralığında keçiriləcək: Lids – Nottingem Forest, Mançester Yunayted – Tottenhem, Arsenal – Sanderlend, Bernli – Vest Hem, Bornmut – Aston Villa, Vulverhempton – Çelsi, Fulhem – Everton, Nyukasl – Brentford, Brayton – Kristal Pelas, Liverpul – Mançester Siti.

Turun rəqəmi
1 – “Çelsi” premyer-liqada ilk dəfə fasiləyə 2 və daha artıq top fərqi ilə geridə yollandığı oyunda qalib gəldi. Londonlular indiyə qədər 56 dəfə belə halla üzləşmiş, heç vaxt meydandan qalib ayrılmamışdı.

Turun ulduzu
Üqo Ekitike (Liverpul) – üç dəqiqə ərzində dubl edən fransız hücumçu geridönüşün memarı oldu. İlk qolda işin çox hissəsini Virts görsə də, 2-ci qol istisnasız Ekitikenin fərdi ustalığının məhsuludu.

Turun sitatı
Pep Qvardiola, MS-nin baş məşqçisi:

“Yüksək səviyyədə oynayırıq. Qalib gəlmək üçün bizdə sabitlik çatmır, başqaları isə bunu bacarır. Mövsümün sonuna hələ 14 oyun qalır. 6 xal geridəyik. Yolumuza davam edirik”.


Faktlar
* “Liverpul” ötən mövsümdən bəri ilk dəfə çempionatda böyükhesablı qələbə qazandı. Sonuncu dəfə ötən il aprelin 27-də Slotun komandası “Tottenhem”i darmadağın etmiş (5:1), ancaq sonra üç top fərqi ilə qələbə qazana bilməmişdi.
* Ekitike 23 yaş 225 günlüyündə cari mövsümdə qol hesabını 10-a çatdırdı. O, Maykl Ouendən bəri (2000/01 mövsümü, 21 yaş 138 gün) “qırmızılar”ın heyətində bir mövsümdə 10 qol vurmağı bacaran ən gənc oyunçudu.
* Salah premyer-liqada “Nyukasl”a qarşı keçirdiyi 19 oyunda 10 qol vurub, 10 məhsuldar ötürmə verib. 33 yaşlı misirli ulduz bu liqanın tarixinə hansısa komanda ilə oyunda belə göstəricilərə nail olan ilk futbolçu kimi düşdü.
* MY Ralf Ranqnikin “sükan arxasında” olduğu 2022-nin fevralından bəri ilk dəfə premyer-liqada artıq 7 oyundu uduzmur. Komanda bu oyunların 4-də qalib gəlib, 3-də heç-heçə edib.
* Qış fasiləsində “Bornmut”dan alınan Semenyo MS-nin bütün turnirlərdə keçirdiyi son 5 oyununun dördündə qol vurub. İngiltərə premyer-liqasının əsasının qoyulduğu 1992/193 mövsümündən bəri bunu bacaran yeganə MS oyunçusu Emmanuel Adebayor olmuşdu (2009-cu ildə).

Oyundan sonra
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“Burda 4:0 hesabıyla qalib gəlmək çox çətindi, görək növbəti dəfə bu nə vaxt mümkün olacaq. Uşaqlara sağ ol deyirəm. Komanda dominantlıq etdi, möhkəmlik, xarakter və yüksək səviyyəli oyun göstərdi. Futbolçuların əhva-ruhiyyəsini bəyəndim”.
Arne Slot, “Liverpul”un baş məşqçisi: “İlk 25-30 dəqiqə ərzində oyun çətin keçdi, 0:1 uduzurduq. Azarkeşlər bizə çox kömək etdi və fasiləyə 15 dəqiqə qalmış hər şey düzəldi. Həm futbolçular, həm də azarkeşlər özünü göstərdi. İkinci hissədə 3-cü qolu daha erkən vurmaq üçün imkanlarımız çox idi, ancaq 4:1 də bizim üçün əla nəticədi”.

Maykl Karrik, MY-nin baş məşqçisi:
“Bura xüsusi yerdi və burda xüsusi hadisələr baş verir. Bu qələbə uşaqların xidmətidi. Bu gün bizi çətin oyunun gözlədiyini bilirdik. Həftə boyunca bizə sual verirdilər ki, aşağı müdafiə blokunu necə yaracaqsız, “Fulhem”i necə məğlub edəcəksiz. “Fulhem” həqiqətən çox yaxşı komandadı, çoxlu suala cavab verməli olduğumuzu anlayırdıq. Futbolçularım hər cür hörməyə layiqdi: ötən həftə son dəqiqələrdə buraxılan qolun ardından irəli atıldılar, “Arsenal”a 3:2 qalib gəldik, bu gün isə daha çətin idi. Ancaq yenə də Şeşko qələbə qolunu vurmağa imkan tapdı”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Manşet

5-03-2024, 23:0

''Arsenal'' unikal rekordun sahibi oldu

Dünya futbolu

7-12-2023, 19:0

“Arsenal”: ardıcıl 6-cı qələbə, özü də 90+7-ci dəqiqədəki qolla!

Dünya futbolu

2-02-2024, 23:0

“Arsenal” “meşəçilər”in öhdəsindən gəldi

Dünya futbolu

10-01-2026, 16:0

“Arsenal” parlaq qələbə qazandı, Mareska “Çelsi”dən getdi - İCMAL

Dünya futbolu

19-04-2023, 12:0

“Arsenal”la “Siti” arasındakı xal fərqi bir qədər də azaldı – TURUN ŞƏRHİ

Dünya futbolu

5-04-2023, 22:0

Liderlər hərəyə 4 qol vurdu, MY 3-cü yeri təhvil verdi – 29-cu turun şərhi

Aktual
"Sabah"dan Mikelsə dodaquçuqladan təklif! - bu dəfə "yox" deyə bilməyəcək
"Ən azı Konfrans Liqasına vəsiqə qazanacağımıza ümid edirdik" - "Kimyaçılar" narazıdı
Demçenko da gedir? - "Araz-Naxçıvan"ın icraçı direktoru cavabladı
Romao “Qarabağ”ı ziyana saldı - “Hər klubda belə halları diqqətdə saxlayan hüquqşünas çalışmalıdı”
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Toral Bayramov “Bursaspor”da!
Son xəbərlər
  • Bu gün, 16:20
    Pasportu oğurlandı, məşqlərdən kənarda qaldı
  • Bu gün, 15:59
    “Araz-Naxçıvan” Demçenko ilə yolları ayırdı
  • Bu gün, 15:38
    Romadan Berqamoya üz tutacaq
  • Bu gün, 15:16
    Bütün həmkarlarını arxada qoydu
  • Bu gün, 14:55
    Mövsümün ən yaxşı gənc futbolçusu seçildi
  • Bu gün, 14:24
    Qadın millimizin heyəti açıqlandı
  • Bu gün, 13:53
    "Sabah"dan Mikelsə dodaquçuqladan təklif! - bu dəfə "yox" deyə bilməyəcək
  • Bu gün, 13:22
    "Ən azı Konfrans Liqasına vəsiqə qazanacağımıza ümid edirdik" - "Kimyaçılar" narazıdı
  • Bu gün, 12:51
    Usik Həbibi seçdi
  • Bu gün, 12:20
    Acun ''Hall Siti''ni Las Veqasa aparacaq
  • Bu gün, 12:12
    Demçenko da gedir? - "Araz-Naxçıvan"ın icraçı direktoru cavabladı
  • Bu gün, 11:59
    Əfran İsmayılov "Şəfa"da vitse-prezident oldu
  • Bu gün, 11:38
    Murad Məmmədov "Pafos"da! - "Neftçi" elan etdi
  • Bu gün, 11:17
    "Şahdağ Qusar" baş məşqçi və köməkçiləri ilə yolları ayırdı
  • Bu gün, 10:56
    ''Borussiya'' türkiyəli oyunçu ilə rəsmən vidalaşdı
  • Bu gün, 10:25
    "Sumqayıt" Saşa İliçi yola saldı - RƏSMİ
  • Bu gün, 09:54
    Romao “Qarabağ”ı ziyana saldı - “Hər klubda belə halları diqqətdə saxlayan hüquqşünas çalışmalıdı”
  • Dünən, 23:59
    “Əminəm ki, bütün bunlar məni daha güclü etdi” - Sinner necə özünə gəlib?
  • Dünən, 23:08
    “Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
  • Dünən, 22:26
    Mik atasına həsr olunan dəbilqədə çıxış edəcək
  • Dünən, 21:58
    “Formula-1”də 12-ci komanda da olacaq?
  • Dünən, 21:27
    Alkaras daha iki turniri buraxacaq
  • Dünən, 20:58
    "Şamaxı" Rüfətlə vidalaşdı
  • Dünən, 20:28
    Tovuz stadionu UEFA standartlarına uyğunlaşdırılır
  • Dünən, 19:58
    “Oklahoma-Siti” – “San-Antonio” oyununu 12 milyon adam izlədi!
  • Dünən, 19:28
    “Sabah” daha bir liqada çempion oldu
  • Dünən, 18:57
    Macarıstan: 1939-dan bəri ən böyükhesablı qələbə
  • Dünən, 18:27
    “Monreal” 53-cü (!) dəfə konfrans finalına çıxdı
  • Dünən, 17:56
    Yayda premyer-liqada 7 məşqçi ayrılığı yaşanacaq!
  • Dünən, 17:35
    Toral Bayramov “Bursaspor”da!
  • Dünən, 17:13
    İspaniya millisinin baş məşqçisindən “Real” azarkeşlərinə cavab gəldi
  • Dünən, 16:46
    Kanavaro “Sabah”ın oyunçusunu “30-luğ”a saldı, Miller isə...
  • Dünən, 15:43
    Minifutbol üzrə millimizin AÇ üçün heyəti
  • Dünən, 15:14
    Mikels mükafatlandırıldı
  • Dünən, 14:35
    Rossi "Şamaxı"dan getdi
Daha çox
Oxunub: 277
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 246
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 212
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 198
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə