• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Arsenal”la “Siti” arasındakı xal fərqi bir qədər də azaldı – TURUN ŞƏRHİ

Dünya futbolu

19-04-2023, 12:0

Yüksək məhsuldarlıq, gözlənilməz nəticələr, 3-cü yerin “əl dəyişməsi”, liderlə əsas izləyicisi arasındakı xal fərqinin yenə azalması – bir sözlə, premyer-liqanın hər turunda futbol adına maraqlı nəsə tapmaq mümkündü. Artıq əminliklə demək olar ki, cari mövsümün sonluğu da dramatik mübarizəyə səhnə olacaq. Lider “Arsenal”la MS arasındakı xal fərqi 4-ə endi, üstəlik “şəhərlilər”in ehtiyatda bir oyunu var və növbəti tur “topçular” “Etihad”a qonaq gedəcək...

“Arsenal” ardıcıl 2-ci turda 2:0 hesabını qoruya bilmədi. Hərçənd “Vest Hem”lə oyun Artetanın komandası üçün çox uğurlu başladı. “Topçular” ilk 10 dəqiqədə iki qol vurandan sonra “çəkicdöyənlər”in darmadağından qurtula bilməyəcəyini düşünənlərin sayı artdı. “Arsenal” təşəbbüsü əldən verməsə də, daha təhlükəli vəziyyətlər yarada bilmirdi. Moyesin yetirmələri isə uzun müddət müdafiə olunmaqla kifayətləndi. 33-cü dəqiqədə Paketaya qarşı kobudluğa görə təyin olunan penalti meydan sahiblərini ümidləndirdi. “Vest Hem” irəli atılsa da, hissənin sonuna qədər başqa qol olmadı. 52-ci dəqiqədə isə artıq “Arsenal” penalti qazandı. Sakanın topu qapının yanından vurması həlledici oldu. Bundan dərhal sonra “çəkicdöyənlər” lideri cəzalandırdı. Bouen hiyləgər və dəqiq zərbə ilə hesabı bərabərləşdirdi. Artetanın ardıcıl əvəzetmələri işə yaramadı. London derbisindəki heç-heçə, təbii ki, ilk növbədə Mançesterin “Siti”yə azarkeşlik edən hissəsini sevindirdi.

Elitada qalmağa çalışan “Lester” Mançesterə yeni çalışdırıcı ilə yollanmışdı, komandaya artıq Din Smit rəhbərlik edir. Onun debütü uğusuz oldu, əslində “tülkülər”in möhtəşəm “Siti”yə problem yaradacağını düşünməyə də dəyməzdi. Qvardiolanın komandası dərhal gücünü göstərdi və ilk yarının ortalarına qədər oyunun taleyini həll etdi. 25-ci dəqiqədə hesab 3:0 oldu: əvvəlcə Stounz fərqləndi, ardından Holann iki qol vurdu. Bu hesab uzun müddət, daha dəqiqi, 75-ci dəqiqəyə qədər dəyişmədi. Künc zərbəsinin ardından fərqi azaldan “tülkülər” sonda irəli atıldı, bir neçə təhlükəli vəziyyət yaratdı, top dirəkdən döndü, Ederson da komandasına qoldan xilas etdi. Qonaqlar məğlubiyyətdən qurtula bilmədi, MS isə “Arsenal”ı izləməkdədi.
Hesabat turu həm də “Mançester Yunayted”in 3-cü pilləni özünə qaytarmasıyla əlamətdar oldu. Mankunianlar “meşəçilər”in öhdəsindən asanlıqla gəldi. Bu hesab qonaqların meydandakı üstünlüyünü tam əks etdirmir. Antoni 32-ci dəqiqədə hesabı açandan sonra da favorit imkanları sağa-sola “xərclədi”. 2-ci hissədə “Nottingem” çox tez yoruldu, əks-hücumlar da təhlükəli deyildi. MY isə uzun müddət Navası məyus edə, fərqi artıra bilmədi. Nəhayət, 76-cı dəqiqədə Dalot bunu bacardı.

Emeri “sükan arxasına” keçəndən sonra “Aston Villa” elə sürət yığıb ki, buna qədər keçirdiyi 5 oyunun hamısında qalib gələn “Nyukasl” da birmingemlilər qarşısında davam gətirmədi. Meydan sahiblərinin dominantlığı artıq 11-ci dəqiqədə hesabda əksini tapdı. Hau 2-ci hissənin əvvəlində iki dəyişikliyə əl atmaqla “sağsağanlar”ı canlandırmaq istədi. Ancaq Uotkins 64-cü dəqiqədə fərqi artırmaqla, demək olar ki, oyunun taleyini həll etdi. 83-cü dəqiqədə elə həmin Uotkins daha bir qol vurdu. Məğlubiyyətsiz oyunlar seriyasını 8-ə çatdıran “Villa” artıq “avrokubok zonası”ndadı və hətta ilk “4-lüy”ə iddiasını da gizlətmir.

Tur London nəhəngləri üçün uğursuz oldu. “Tottenhem” “Bornmut”la oyunda erkən qol vursa da, qonaqlar 1-ci hissənin sonunda və ikincinin əvvəlində iki dəfə fərqləndi. Sona iki dəqiqə qalmış Qruneveld “mahmızlar”ı ümidləndirdi. Amma bu da oyunda son qol olmadı. 5-ci uzatma dəqiqəsində fərqlənən Uattara meydan sahiblərini sarsıtdı.

“Çelsi” də evdə uduzdu və bu oyunda da geridönüş yaşandı. “Brayton” oyunboyu dominantlıq etdi və qələbəyə layiq idi. Baxmayaraq ki, hesabı məhz Lempardın komandası açdı. Erkən qol kimi, fasiləyə qədər iki məcburi dəyişiklik də cənubluları ruhdan salmadı. Veltmanla Ferqyusonun zədələri üzündən meydana çıxan Enkiso ilə Uelbek oyunun taleyini həll etdi. Uelbek oyuna qoşulandan az sonra hesabı bərabərləşdirdi. Fasilədən sonra “Brayton”un təzyiqi bir qədər də artdı. Təkcə bir faktı xatırlatmaq kifayətdi: qonaqlar oyunboyu rəqib qapısına 26 zərbə vurdu. Enkiso 70-ci dəqiqədə uzaq məsafədən zərbə ilə hesabı dəyişdi və “qağayılar” avrokuboklara iddiasını davam etdirməkdədi. “Çelsi” isə belə oyunla heç nəyə iddia edə bilməz.

Turun qalan oyunlarına gəlincə, “Vulverhempton”la “Kristal Pelas” inamlı qələbə ilə elitada qalmaq şansını artırdı. “Fulhem” də sədərdə “Everton”u məğlub etdi.

Turun rəqəmi
32 – cari mövsümdə qol sayını bu həddə çatdıran Holann Salahın 2017/18 mövsümündə 38 oyunluq çempionat üçün müəyyənləşdirdiyi rekordu təkrarladı. Qvardiola fasilədən dərhal sonra onu əvəzləməsəydi, 22 yaşlı norveçli bəlkə İngiltərə çempionatının rekordunu da təkrarlayacaqdı. Holann Endi Koulla (1993/94) Alan Şirerin (1994/95) 34 qolluq rekorduna çatmaq üçün daha iki dəfə fərqlənməlidi.

Turun ulduzu
Olli Uotkins (Aston Villa) – təcrübəli hücumçu komandasının ardıcıl 5-ci qələbəsinə məhsuldar ötürmə və iki qolla töhfə verdi. Güclü “Nyukasl”ı təkbaşına “dəfn etdi”. Cari mövsümdə artıq 14 qol vuran Uotkins bombardirlər cədvəlində də irəliləməkdədi.

Faktlar

* “Arsenal” tarixində ilk dəfə ardıcıl iki premyer-liqa oyununda 2 top üstünlüyünü qoruya bilmədi. “Liverpul”la ötən turdakı oyun da 2:2 bitmişdi. “Arsenal” premyer-liqa tarixinə ardıcıl iki oyunda belə böyük üstünlüyü əldən verən 5-ci komanda kimi düşdü.

* “Aston Villa” premyer-liqada ardıcıl 5-ci qələbəsini qazandı. “Nyukasl”a qədər “Nottingem Forest” (2:0), “Lester” (2:1), “Çelsi” (2:0) və “Bornmut” (3:0) məğlub edilmişdi. Birmingem klubu 1998-ci ildən bəri ilk dəfə premyer-liqada 5 oyunluq qələbə seriyası yaxalayıb.

* Holanna məhsuldar ötürmə verən De Bruyne Avropanın aparıcı çempionatlarında ən yaxşı assistentdi. Belçikalının hesabında cari mövsümdə artıq 15 məhsuldar ötürmə var. “Böyük beşlik” ölkələrində onun ən yaxın izləyicisi Messidi (14). De Bruyne həmçinin minimum 15 məhsuldar ötürmə verdiyi mövsümlərin sayına görə premyer-liqa rekordçusudu. O artıq 4-cü dəfə 15 ötürmə həddinə çatır: 2016/17 – 20, 2017/18 – 17, 2019/20 – 21. Heç bir başqa futbolçu premyer-liqada ikidən artıq belə mövsüm keçirməyib.

* “Çelsi” ev oyununda “Brayton”un 26 qol vurmasına imkan yaratdı ki, bu da London klubu üçün antirekorddu. “Opta Sports”un premyer-liqada uyğun statistikanı apardığı 2003/04 mövsümündən bəri “Çelsi”nin qapısına “Stemford Bric”də bu qədər zərbə vuran olmamışdı.

* MS 2023-də öz meydanında xal itirmir. “Şəhərlilər” il başlayandan bəri çempionat, ölkə kuboku və Çempionlar Liqası çərçivəsində keçirdiyi 11 ev oyununun hamısında qələbə qazanıb. Bu oyunlarda ümumi 40:5 top fərqi qeydə alınıb, “Siti” 7 oyunda qapısını toxunulmaz saxlayıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-05-2022, 18:0

"Arsenal" "Mançester Siti"nin hücumçusunu transfer edə bilər

Dünya futbolu

15-01-2023, 21:0

“Arsenal”lılar iki aya damğa vurdular!

Dünya futbolu

7-04-2022, 20:0

Bir darmadağının izi ilə - YAZI

Dünya futbolu

10-10-2022, 13:0

"Arsenal" hazırda "Mançester Siti"dən daha yaxşıdı" - Qvardiola

Aktual
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
Son xəbərlər
  • Bu gün, 21:55
    "Dinamo-Minsk" "Neftçi"ni 4 qolla məğlub etdi - YENİLƏNİB
  • Bu gün, 21:54
    Abubakar "Kəpəz"də
  • Bu gün, 20:59
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • Bu gün, 19:39
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • Bu gün, 19:18
    "Kəpəz"də ayrılıq
  • Bu gün, 19:00
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
  • Bu gün, 18:45
    "Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
  • Bu gün, 18:20
    ''Fənər''in sabiq ulduzunun yeni klubu bəlli oldu
  • Bu gün, 17:59
    “Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
  • Bu gün, 17:00
    "Şəfa"dan daha bir transfer
  • Bu gün, 16:29
    Freddi Varqas "Neftçi"də!
  • Bu gün, 15:58
    “Çox xoşbəxt olduğumuzu deyə bilmərəm” – Coy-Lens Mikels
  • Bu gün, 15:29
    “Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
  • Bu gün, 15:13
    "Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı
  • Bu gün, 14:28
    Dünya çempionu vətəninə qayıtmadı
  • Bu gün, 13:55
    Güləş yığmasının dünya çempionatı üçün heyəti açıqlandı – 29 pəhləvan...
  • Bu gün, 13:39
    KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
  • Bu gün, 12:51
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 12:20
    "Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
  • Bu gün, 11:54
    Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
  • Bu gün, 11:23
    Leverkuzenə qayıtmayacaq
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz möhkəmləndi
  • Bu gün, 10:31
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 10:30
    Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
  • Bu gün, 10:00
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
Daha çox
Oxunub: 189
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 132
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 129
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə