Dünən premyer-liqanın 27-ci turunda ''Arsenal'' turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan ''Şeffild Yunayted''in qonağı oldu.
Zəif rəqibini top atəşinə tutan ''topçular'' 6:0 hesablı möhtəşəm qələbə qazandılar. Bununla da London nəhəngi İngiltərə futbolunda yeni və unikal bir göstəriciyə imza atdı. Belə ki, ''Arsenal'' elitada ardıcıl 3 səfər oyununda ən azı 5 top fərqi ilə qalib gələn ilk komanda oldu! Mikel Artetanın kollektivi bundan əvvəlki səfər oyunlarında ''Bernli''nı 5:0, ''Vest Hem''i isə 6:0 hesabları ilə darmadağın etmişdi. ''Arsenal'' 27 turdan sonra 61 xalla 3-cü pillədə qərarlaşıb və lider ''Liverpul''dan 2 xal geridədi.
ƏLİ