Bu mövsüm ümumilikdə qeyri-sabit nəticələr göstərən “Traktor” artıq üç oyundu qələbə qazanır.
"Football-plue.az" xəbər verir ki, 11 oyunluq məğlubiyyətsizlik seriyası olan Təbriz təmsilçisi 18-ci turda “Alüminium Arak”la səfər matçında 90+2-ci dəqiqədə vurulan qolla qalib gəlibsə, son turda “Sepahan”ı da eyni - 1:0 hesabı ilə məğlub edib. Artıq əsas izləyicisi “Esteqlal”ı 3 xal qabaqlayan “Traktor” 35 xalla vahid liderdi.
“Traktor” çempionatın ən çox qol vuran və ən az qol buraxan komandasıdı - 27:9. Təbrizlilər bu mövsüm digər komandaların da qeyri-sabitliyindən yararlanmaqla ardıcıl 2-ci dəfə çempion ola bilər.
MÜZƏFFƏR QULUZADƏ