“Traktor” mövsümü qələbə ilə başa vurdu

16.05.2025 13:12 19
Dünya futbolu / Aktual
Mayın 15-də İranın futbol çempionatında sonuncu – 30-cu turun oyunları keçirildi.

55 illik tarixində ilk dəfə çempion olan “Traktorsazi” dünən Xuzistan “Esteqlal”ının qonağı idi. 3:1 hesabıyla qələbə qazanan təbrizlilər mövsümü 68 xalla başa vurdu. “Sepahan”la “Persepolis” hərəyə 60 xalla 2-3-cü yerləri bölüşdü.

Oyundan əvvəl “Esteqlal” futbolçuları “Traktor” üçün çempionluq dəhlizi yaratsalar da, Skoçiçin komandası rəqibini bağışlamadı. Beləliklə, təbrizlilər mövsümdə 21-ci qələbəsini qazandı.

Qeyd edək ki, bu gün Tehran vaxtı ilə saat 17.00-19.00 aralığında “Səhənd” stadionunda çempionluq azarkeşlərlə birgə qeyd olunacaq. “Traktor” azarkeşləri biletləri pulsuz əldə edib.

MÜZƏFFƏR QULUZADƏ