“Traktor” mövsümə məğlubiyyətlə başladı

19.08.2025 23:04 30
Dünya futbolu
İran çempionatının ilk turunda “Traktor” öz meydanında məğlub olub.

"Football-plus.az" xəbər verir ki, Təbriz təmsilçisi 1-ci turda yerli azarkeşləri önündə Tehran “İstiqlal”ına uduzub – 0:1.

Xatırladaq ki, “Traktor” ötən mövsüm tarixində ilk dəfə İran çempionu olub. Təbriz təmsilçisi İran Superkuboku uğrunda görüşdə “İstiqlal”ı məğlub edib (2:1).