“Neftçi” həm “Qarabağ”a uğur arzulayır, həm də…

4.02.2026 10:43 121
Aktual / Ölkə futbolu
Misli premyer-liqasının 21-ci turunda “Neftçi” “Qarabağ”ı qəbul edəcək. Bu oyundan əvvəl və sonra ağdamlıların Çempionlar Liqasında “Nyukasl”la qarşılaşmaları var deyə, Azərbaycan derbisinin təxirə salınması ehtimalı yüksəkdi.

Bəs “ağ-qaralar” məsələyə necə yanaşır? Bu barədə PFL kluba müraciət edibmi? “Neftçi” qarşılaşmanın təxirə salınmasına razıdı?

“Neftçi” də ağdamlıların “Nyukasl”la dueldə uğur qazanmasını arzulayır. Amma... Paytaxt klubu hələ rəsmi şəkildə mövqeyini açıqlama da, bizdə olan bilgiyə görə, idman prinsipinin qorunmasını istəyir. Yəni “Neftçi”nin də klub olaraq, bəlli hədəfləri var, oyunların təqvimə uyğun şəkildə ardıcıl keçirilməsinə, hər hansı məsələyə görə plan dəyişikliyinin olmamasına tərəfdardı.

Bu gün üçün görünən mənzərə belədi ki, “Neftçi” hələlik oyunun təxirə salınmasına razılıq verməyib.

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul