• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qurban Qurbanov "Qarabağ"ın yeni transferini elan etdi!

Ölkə futbolu / Manşet

1-02-2026, 22:0

"Qarabağ" Misli premyer-liqasının 18-ci tur matçında "Turan Tovuz"a qalib gəldi - 1:0.

"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

– Vacib qələbə idi. Futbolçularım xarakter göstərdilər. Azarkeşlərə təşəkkür edirəm, bizi dəstəklədilər. Yaxşı, bərk komandaya qarşı oynayırdıq. “Turan Tovuz”un özünəxas oyunu var. Belə matçlarda ritmi tutmaq asan deyil. Hər fasilə, cərimə zərbəsi rəqibin üstünlüyü idi. Sona yaxın standart vəziyyətlərdən təhlükə yaratdılar.

– Adətən, səfər oyunlarından sonra ikinci heyətə üstünlük verirsiniz. Bu gün isə “Turan Tovuz”a qarşı əsas heyəti buraxmışdınız. Bu addımı çempionluq yolunda təhlükə yarandığı üçün atdınız?
– Belə hallar olur. Uzaq səfərdən gəlmişdik, yorğunluq var idi. Lakin futbolçulara bildirmişdim ki, bu oyuna hazır olmalıdılar. Həm də artıq ehtiyac var. Narahat olduğum məqam zədələrdi. Belə matçlarda mikrozədələr yarana bilər. Futbolçuların hazırlığına baxandan sonra qərar verdik ki, bu heyətlə çıxaq.

– Çempionlar Liqasında yüksək səviyyədə oyunlar və hakimlər görmüsünüz. Bizim yerli FIFA referilərinə nə tövsiyə verə bilərsiniz?
– Heç nə, oyun zamanı emosiyalar olur. Sadəcə bir az çox oyun dayanırdı. Bəzi epizodları davam etdirmək olardı. Elçin Məsiyev təyinat alanda rahat oluram. Çünki Avropa təcrübəsi var, oyun tempini yaxalaya bilər. Bəzi anlarda emosiyalara qapıldıq, lakin sonra ona səbəbi bildirdim. Normal qarşıladı. Biz kənardayıq və bəzi epizodlarda yanıla bilərik. Sadəcə oyun çox dayananda bir az aqressiya yaranır. Tempin düşməsinə görə fikirlərimi bildirmişdim. Amma ümumi götürəndə onlar bizdən daha yaxşı bilir.

– 21 il sonra “Nyukasl”ın stadionuna gedəcəksiniz. Xatirənizdə necə qalıb?
– Normal, olduğu kimi. O vaxt çılğın azarkeşlər var idi, bir az vahiməli idi. Orda sanki başqa futbol var. İngiltərə premyer-liqası bütün liqaları üstələyir. Dünən yəqin “Liverpul” – “Nyukasl” oyununa baxdınız, ilk hissədə demək olar, oyun 2 dəfə dayandı, ya yox. Orda futbol başqadı. Hər komanda sona kimi mübarizə aparır. Elə bil forma yaranıb ki, sanki oyunun sonlarını azarkeşlər üçün oynayırlar. Daha çox mübarizə, qol olur.

– İbrahima Vacinin epizodunda qırmızı vərəqə və sizin qolunuzda ofsayd şübhəsi var idi. Təkrara baxmışdınız?
– “Qırmızı”ya ehtiyac yoxdu. İstəmərəm ki, bəsit vərəqələr verilsin. Futbol emosiya oyunudu. O epizodlar azarkeşlərdə daha həvəs yaradır. 100 faizlik epizodlara qırmızı vərəqə verilməlidi, amma Vacidə, məncə, ehtiyac yox idi. Qola gəlincə, təkrara baxdım, təmiz qol idi.

– Çempionlar Liqasındakı uğurunuza görə, bəzi klublar sizi təbrik etmədi. Buna münasibətiniz necədi?
– Normal. Dünya futbolunda belə hallar var. Hamısı dostlarımızdı, özümüzünkülərdi. Hər klubun öz strukturu, sistemi var. Neqativ düşüncəm yoxdu.

– “Liverpul”la oyunun ikinci hissəsində böyük ekranlarda məyus görünmüşdünüz. Belə hallarda sizi kim təsəlli edir?
– Mənə 90 dəqiqə baxsanız, məyus görünürəm (gülür). Özüm, klubum, Azərbaycan futbolu üçün bizim pley-off mərhələsinə çıxmaq böyük uğurdu. 10 xal topladıq, sevinməliyik. Amma hamımız məyus idik. Azarkeşlər də fərqli yanaşır. İstər-istəməz bəzi anlarda təəssüf hissi yaranır. Hər birimizin həyatda problemi olur. Futbol elədi ki, bir oyun qəhrəman olursan, bir oyun əksi. İndi futbol elə həddədi ki… İngiltərə premyer-liqasında hər oyunda 4-5 qol olur, hər komanda bir-birinə qalib gələ bilir. İndiki 4-5 qollu oyunlar o vaxtın 0:0-larına bənzəyir. Futbol çox inkişaf edir. Çempionlar Liqasında 13 qol vurmuşuq, az deyil. Əvvəl il ərzində demək olar, 1-2 oyunda böyük hesab qeydə alınırdı, amma indi hər tur bolqollu qarşılaşmalar olur.

– Vaxtilə futbolçusu olduğunuz “Baltika” sizi təbrik etdi. Sizinlə birbaşa əlaqəyə keçiblər?
– Xeyr. Amma yenə sağ olsunlar, hər birinə təşəkkür edirəm. Yuri Syominlə görüntülü danışmışdım, təbrik etdi.

– “Sabah”ın davamlı yüksəlişi şəxsinizdə və komandada həyəcan yaradır?
– Narahatlıq həmişə olur. Qarşımıza çempionluq məqsədi qoymuşuqsa, bu, normaldı. Digər tərəfdən də sevinirik ki, çempionatda mübarizə gərginləşir. İdmandı, bir gün udursan, bir gün uduzursan. “Sabah” gəlir, həyəcanlı olaq, deyə fikirləşməməliyik.

– “Nyukasl”la səfər oyunundan öncə “Neftçi” ilə matç var. Təxirə salınma istəyəcəksiniz?
– Planda var, amma qarşıdakı günlərdə daha dəqiqləşəcək. Uzun səfərdi və oyunlar arasında vaxt azdı. Proqramımıza baxacağıq, uyğun görsək, təxirə salına bilər.

– “Nyukasl”la oyunöncəsi Şamaxı və Quba səfəriniz var. Burda meydançalar süni örtüklüdü. Narahatlıq var?
– Çox narahatam. “İmişli” ilə oyunda həva şəraiti pis olsa, həmin meydançada oynamaq çətin olacaq. Zədələrə görə narahatlıq var. Ümumilikdə, bu matçları “Nyukasl”la qarşı yaxşı hazırlıq kimi düşünmürəm. Narahatam. Qarşıdakı günlərdə hansısa rotasiya edə bilərik. Bizim daha çox oynamağa, oyun təcrübəsinə ehtiyac var. Lazım olsa, risklərə gedəcəyik.

– Pley-off üçün üç oyunçu sifariş edə bilərsiniz. Yeni transfer Jereminin Bakıya gələcəyi deyilir…
– Bəli, var. Bakıya gəlməlidi. Rəhbərliklə tam danışmamışam.

– Digər iki yer üçün Ramil və Kadi heyətə salına bilər?
– Baxacağıq. Hansı xəttə daha çox oyunçu lazım olacaq... Mütləq edəcəyik. Hazırda boş yer yoxdu və əvəzetmə üçün kimisə çıxarmalıyıq. Götür-qoy edəcəyik. Qarşıda vaxt var.

– Quba və Şamaxı səfərinin yerinin dəyişməsi variantı var?
– Deyəsən, bir dəfə dəyişmişik. Olsaydı, böyük məmnuniyyətlə edərdim. Amma idman qaydaları var.

– “Nyukasl”la oyuna kimisə göndərmək fikriniz var?
– Xeyr. Püşkatmadan öncə də onların oyunlarına baxırdıq. Burda da işimiz çox olacaq.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

31-05-2025, 22:0

"İnqilab illərin təcrübəsini göstərdi, oyunu çox ağıllı idarə etdi" - Qurban Qurbanov

Ölkə futbolu / Manşet

26-01-2025, 20:0

"Allah bizə yardım etdi, "Qarabağ" Azərbaycan futbolunun flaqmanıdı" - Kurban Berdıyev

Ölkə futbolu / Manşet

17-10-2025, 22:0

"İllərdi nə etmişiksə, onu etməyə çalışacağıq" - Qurban Qurbanov "Atletik"lə oyun haqda

Ölkə futbolu / Manşet

28-11-2025, 20:0

“Fikirləşirəm ki, bu gün 2 xal itirdik” – Kurban Berdıyev

Ölkə futbolu / Manşet

3-03-2025, 21:0

"Növbəti mövsümü düşündüyümü desəm, yalan danışaram" - Qurban Qurbanov

Premyer-liqa / Manşet

25-01-2023, 16:0

"Məqsədimiz əlimizdə olan futbolçuların idman formasını yaxşılaşdırmaqdı" - Qurban Qurbanov

Aktual
İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
“Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
“Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
“Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
Son xəbərlər
  • Bu gün, 10:57
    “Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
  • Bu gün, 10:25
    "Neftçi" Serbiya klubu ilə üz-üzə
  • Bu gün, 10:00
    Azərbaycanın UEFA reytinqində əmsalı artdı
  • Bu gün, 07:45
    Fransa yarımfinala çıxdı, Hakimi evə yollandı - DÇ gecəsi
  • Dünən, 23:37
    “Düzdü, narazı qaldığım məqamlar oldu” – Qurban Qurbanov
  • Dünən, 23:26
    "Oyundan öncə “Qarabağ”ın bizə 10 qol vuracağı söylənilirdi" - "Vestri"nin baş məşqçisi
  • Dünən, 22:53
    “Zirə”nin potensial rəqibləri qarşılaşdı
  • Dünən, 21:53
    "Qarabağ" "Vestri"ni darmadağın etdi - YENİLƏNİB
  • Dünən, 21:40
    "Şamaxı"dan ayrılan bombardir "Qəbələ"də
  • Dünən, 21:05
    "Şamaxı"dan yeni transfer
  • Dünən, 20:15
    "Kəpəz"də növbəti ayrılıq
  • Dünən, 19:35
    "Sumqayıt"ın baş məşqçisi portuqaliyalı oldu
  • Dünən, 18:57
    "Qarabağ" - "Vestri": START HEYƏTLƏRİ
  • Dünən, 18:19
    İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
  • Dünən, 17:38
    “Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
  • Dünən, 16:40
    Samokun yeni klubu bilindi
  • Dünən, 16:01
    "Şəfa" niderlandlı oyunçu transfer etdi
  • Dünən, 15:30
    Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
  • Dünən, 14:33
    Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
  • Dünən, 14:02
    “Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
  • Dünən, 13:31
    "Qarabağ"ın "Vestri" üçün heyəti - 3 legioner ərizədə yoxdu
  • Dünən, 13:00
    500-cü oyun, 550-ci qol
  • Dünən, 12:29
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 11:58
    "Turan"ın prezidenti Ehtiram Quliyevin müavini oldu
  • Dünən, 11:30
    Millimiz Gürcüstanı darmadağın etdi
  • Dünən, 11:02
    “Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
  • Dünən, 10:31
    Azərbaycan UEFA reytinqində neçəncidi?
  • Dünən, 10:00
    ''Beşiktaş'' qapıçı problemini həll etdi - Almaniyalı əlcək sahibi İstanbula gələcək
  • Dünən, 00:00
    Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
  • 8-07-2026, 23:0
    Acun sabiq ''Fənər''lini ''Hall Siti''nin idman direktoru vəzifəsinə gətirdi!
  • 8-07-2026, 23:0
    "Daha çox qol da vura bilərdik” - Rəşad Sadıqov
  • 8-07-2026, 22:0
    "Oyunu əlavə vaxta daşımağa çalışacağıq" - "Torpedo"nun baş məşqçisi
  • 8-07-2026, 22:0
    “Duran 40 yaşına kimi Azərbaycanda çıxış edəsi deyil ki...” – bəs Avroliqanın qrupu?
  • 8-07-2026, 21:0
    Klubu ilə yenidən anlaşdı
  • 8-07-2026, 20:0
    Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
Daha çox
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 207
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 133
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 132
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə