“Fikirləşirəm ki, bu gün 2 xal itirdik” – Kurban Berdıyev

28.11.2025 20:58 14
Ölkə futbolu / Manşet
"Turan Tovuz" Misli premyer-liqasının 13-cü turu çərçivəsində evdə "Neftçi” ilə heç-heçə etdi - 0:0. "Football-plus.az" xəbər verir ki, tovuzluların baş məşqçisi Kurban Berdıyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.
- Təxmin etdiyimiz kimi ağır oyun oldu. Təəsüf ki, qol vura bilmədik. Fikirləşirəm ki, bu gün 2 xal itirdik.
- Rəqib komandanı matça müvəqqəti məşqçi çıxarmışdı. Belə rəqibə qarşı oyunna hazırlamaq nə dərəcədə çətin oldu?
- Adətən, belə komandalara qarşı oynamaq çətin olur. Rəqib daha istəkli olur. “Neftçi” ən yaxşı oyunlarından birini keçirdi.
- Bu gün “Turan Tovuz”un hücum xətti çox zəif çıxış etdi. Bunun səbəbi nədi?
- Qol vurmamışıqsa, yəqin ki, elədi.
- Artıq üç turdu komanda qələbə qazana bilmir…
- Paltardəyişmə otağında futbolçulara dedim ki, 9 mümkün xaldan altısını itirdik.
ƏSƏD SEYİDOV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul