“İnter”in zədəli futbolçusu Denzel Dyumfrisin durumu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, İtaliya mətbuatının məlumatına görə, 28 yaşlı müdafiəçi 2 həftə ərzində ümumi qrupda məşqlərə qoşulmalıdı. O, fevralın 22-də keçiriləcək “Leççe” ilə oyunda meydana çıxa bilər. Dyumfrisın “Yuventus”la oyunun (15 fevral) iştirak ərizəsinə daxil edilməsi ehtimalı da var. Lakin onun bu oyunda meydana çıxması ehtimalı azdı.
Denzel cari mövsüm bütün turnirlərdə 15 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.