Klubu ilə yenidən anlaşdı

2.11.2024 17:51 310
Dünya futbolu
Denzel Dyumfris klubu ilə yenidən anlaşıb.

O, “İnter” ilə yeni müqavilə imzalayacaq. İnsayder Fabritsio Romanonun məlumatına görə, 28 yaşlı cinah müdafiəçisinin Milan klubu ilə yeni müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər olacaq.

Müqavilənin gələn həftə imzalanacağı gözlənilir.
Denzel bu mövsüm “İnter”də 11 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.