“Yuventus”un zədəli futbolçusu Anxel Di Mariyanın son durumu məlum olub.
"Football-plus.az" xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun “Makkabi” (Hayfa) ilə matçında (0:2) xəsarət alan argentinalı yarımmüdafiəçi 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Qeyd edək ki, Di Mariya bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 7 oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə edib. O, daha əvvəl də zədə aldığı üçün bir neçə həftə oynaya bilməmişdi.