Sabiq ''Beşiktaş''lı Türkiyənin U-18 yığmasının başına keçdi

28.01.2026 23:52
Dünya futbolu
Türkiyəli futbolsevərlərin və ''Beşiktaş'' fanatlarının gözəl tanıdığı Vəli Kavlakın yeni iş yeri bəlli olub.

"Football-plus.az" xəbər verir ki, futbolçu kimi 7 il ''Beşiktaş''da top qovmuş Kavlak məşqçi karyerasına da ötən ilin yayında ''ağ-qaralar''ın U-19 komandasında start vermişdi. Amma 37 yaşlı mütəxəssis dekabrın əvvəllərində sürpriz şəkildə ''qartal''dan ayrılmışdı. Vəli Kavlak Türkiyənin U-18 komandasının yeni baş məşqçisi təyin olunub. Bu xəbəri Türkiyə Futbol Federasiyasının rəsmi saytı açıqlayıb.

2023-24-cü illərdə Türkiyənin U-18 yığmasını daha bir tanınmış sabiq futbolçu Səbri Sarıoğlu çalışdırmışdı. Onun ayrılmasından sonra bu vəzifəni Uğur İncəman ilə Gökhan Geylani icra etmişdi.

Türkiyənin U-18 komandası Avropa Çempionatına hazırlıq çərçivəsində fevralın 10-12-də səfərdə Lüksemburqa qarşı iki görüş keçirəcək.