"Football-plus.az" xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında paylaşılıb. Ayrılığın səbəbi barədə məlumat yoxdu.
Qeyd edək ki, 2011-17-ci illərdə ''Beşiktaş''ın şərəfini qorumuş sabiq türkəsilli avstriyalı futbolçu bu vəzifəyə ötən ilin iyulun 5-də gətirilmişdi. 37 yaşlı Kavlak açıqlamasında bunları deyib:
''Təxminən ilyarım öncə qəbul etdiyim bu vəzifədən bu gün ayrılıram. Xüsusi qeyd etmək istəyirəm ki, işlədiyim müddətdə bu şanlı camiənin dəyərlərinə layiq olmağa çalışmışam və klubun mənfəətləri naminə hərəkət etmişəm. Mənə bu şərəfli vəzifəni etibar edən başda Samet Aybaba olmaqla, bu müddət ərzində birlikdə çalışdığım şəxslərə, eləcə də klubun personalına və dəstəyini heç vaxt əsirgəməyən fanatlarımıza təşəkkürümü bildirirəm''.




