• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Futbolçu Qara getdi, məşqçi Qara gəldi! - o, doğrudanmı, Azərbaycan futbolu üçün tükənmişdi?

Ölkə futbolu / Manşet

13-01-2026, 20:0

Azərbaycan futbolunun müstəqillik dönəminin əfsanələrindən biri Qara Qarayev srağagün karyerasını bitirdiyini açıqladı.

Bəli, “Neftçi” və “Araz-Naxçıvan” karyerası nə qədər uğursuz alınsa da, o, “Qarabağ”ın, ölkə futbolunun əfsanələrindən biridi. Bəlkə də onun üçün hər şey “köhlən atlar”dan ayrılandan sonra bitdi. azarkeşlərinin ahı idi. Yadınızdadısa, azarkeşlər onu fitə basır, Qaranın xarakterinə zidd olan şüarlar səsləndirirdilər. Artıq bundan sonra Qara Qarayevin ad-soyadını işlədəndə “sabiq futbolçu” yazmağa məcburuq.

2 nömrəli futbolçu görəndə dərhal Qara Qarayev yada düşəcək. Qara Azərbaycan futbol məktəbinin yetişdirdiyi ən istedadlı futbolçulardan biridi. Mövqeyinin ən yaxşısıdı. 10 mövsümdən artıq sabit şəkildə çıxış etmək hər yerli futbolçunun karyerasında olmayıb. Bunu bacarıb.

Təəssüf ki, “Neftçi”də kimlərinsə probleminin qurbanı oldu, “Araz-Naxçıvan”da heyətə düşə bilmədi. “Omoniya” ilə oyundan əvvəl keçirilən mətbuat konfransında “Qarabağ” və “Neftçi”dən heyətə düşə bilmirdin deyə ayrılmışdın, eyni problemi “Araz-Naxçıvan”da da yaşayırsan. Bu səni narahat etmir ki” soruşmuşdum. O isə “mən həmişə Elmar müəllimin yanındayam” demişdi.

Elmar müəllimin gedişi rəsmiləşməmiş Qara Qarayev komandadan ayrıldı. Amma karyerasını bitirməsi sürpriz oldu. Müasir futbolda 33 yaş heç də karyeranın sonu anlamına gəlmir. Qara da oynaya bilərdi. Artıq çəkisi yoxdu, idman formasından uzaq deyil. Ortabab klublarda rahatlıqla oynaya bilərdi. Ona hələ də bir çox klubun ehtiyacı var.

Qara ötən ilin oktyabrından “Araz-Naxçıvan”da çıxış edirdi. 33 yaşlı futbolçu cari mövsümdə 13 oyuna çıxıb, “qırmızı-ağlar”ın heyətində ümumilikdə 37 oyun keçirib.

Qarayev əvvəllər “Qarabağ”da və “Neftçi”də çıxış edib. Azərbaycan millisinin heyətində də 77 oyun keçirib. Karyerası ərzində 13 titul qazanan Qara 510 oyuna çıxıb, 5 qol, 17 məhsuldar ötürmə ilə yadda qalıb. Bəli, rəqəmlər işıq saçmır. Amma nəzərə alaq ki, dayaq yarımmüdafiəçisi olub. Meydanda da daha çox qara iş görüb.

Daha bir maraqlı məqam budu ki, heç bir məşqçilik təcrübəsi olmayan Qaraya dərhal U-21-də analitik vəzifəsi verildi. Qara nə vaxt məşqçi oldu? Nə vaxt hazırlaşdı, oxudu? Millidə məşqçi olmaq bu qədərmi asandı? Məgər ölkədə məşqçi qıtlığı var?

Qaranın bu qərarı haqda menecer fikri öyrənmək qərarına gəldik. Emil Şükürovun düşüncələrini aldıq:

“Qara Azərbaycan futbolu və “Qarabağ” üçün vacib oyunçu olub. Son keçidləri məcburi olub. Belə başa düşürəm. Təbii ki, belə durumda karyerasını bitirməsini normal hesab edirəm. Fiziki cəhətdən tükənmə ola bilər. Bədən tükənir, psixoloji cəhətdən tükənə bilər. Məncə, daha çox ikinci amildi. Bütün karyerasını “Qarabağ”a bağlamış oyunuçu başqa klubda çıxış etməyi mental cəhətdən alındıra bilmir. Öyrəşdiyi sistem var, camiə var. Qaranın şansı, təklifi olsaydı, növbəti iki-üç mövsümü rahat şəkildə Asiya çempionatlarında, Səudiyyə Ərəbistan klublarında oynaya bilərdi. Bu daha çox maliyyə qazanmaq üçün olardı. Əminəm ki, onun səviyyəsi bu çempionatlarda oynamağa imkan verərdi. Qaranın karyerasını tez bitirməsini Azərbaycan futbolunda bir epoxanın bitməsi kimi dəyərləndirə bilərik. Azərbaycan futbolunun yetirməsidi. Onun təcrübəsindən yararlanmaq lazımdı. İnanmıram ki, o məşqçi kimi karyerasını davam etdirsin. Şəxsi ünsiyyətimiz olub. Belə başa düşürəm ki, futbol funksioneri kimi davam edəcək. İndiyə kimi görüb-götürdüklərindən Azərbaycan futbolu istifadə etməlidi. Uşaqlarla işləyə bilər. Uşaqlar üçün ulduz futbolçularla işləmək daha yaxşı olar. Qaraya karyerasının növbəti hissəsində uğurlar arzulayıram. Klublarımıza da tövsiyə edirəm ki, Qara Qarayevin təcrübəsindən yararlansınlar”.
MÜZƏFFƏR QULUZADƏ

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

30-10-2024, 14:0

Qara Qareyevin yeni klubu açıqlandı

Ölkə futbolu

5-05-2025, 13:0

Qara Qarayevin yubiley oyunu

Ölkə futbolu / Manşet

22-07-2023, 18:0

Qara Qarayev "Qarabağ"dan ayrıldı

Aktual / Ölkə futbolu

30-10-2024, 13:0

Qara Qarayev “Araz-Naxçıvan”da? – “Sənədlərin rəsmiləşməsi prosesi...”

Ölkə futbolu / Manşet

21-08-2024, 18:0

Qara Qarayev “Zirə”yə keçir? – klub rəsmisi açıqladı

Premyer-liqa / Manşet

25-07-2023, 18:0

Qara Qarayev “Qarabağ”dan incik ayrılıb?

Aktual
“Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
“Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
“Sabah”ın rəqibindən böyükhesablı qələbə
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Varqas nağılı başa çatır! – belə şey olar?
Son xəbərlər
  • Bu gün, 02:05
    Ekvador Almaniyanı məğlub etdi! - DÇ gecəsi
  • Bu gün, 00:00
    Ramiz Məmmədovun taleyi iclasda müəyyənləşəcək
  • Dünən, 22:50
    Liverpuldan Londona yollandı
  • Dünən, 22:19
    “Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
  • Dünən, 21:45
    MS-ni tərk edə bilər
  • Dünən, 21:16
    AFFA iki klubun şikayətini təmin etdi
  • Dünən, 20:45
    Niderlanddan Almaniyaya üz tutacaq
  • Dünən, 20:14
    "Qarabağ"ın Renaldo ilə müqaviləsinin detalları
  • Dünən, 19:43
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:11
    “Qarabağ”dan növbəti transfer
  • Dünən, 18:40
    Londondan Madridə yollanacaq
  • Dünən, 18:08
    "Səbail"dən növbəti transfer
  • Dünən, 17:37
    “Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
  • Dünən, 17:06
    Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
  • Dünən, 16:35
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 16:04
    Rövşən Nəcəfdən ölkəmizdə keçiriləcək DÇ ilə bağlı açıqlama
  • Dünən, 15:33
    Fransaya qayıtmayacaq
  • Dünən, 15:02
    “Sabah”ın rəqibindən böyükhesablı qələbə
  • Dünən, 14:31
    Klubunda hamını arxada qoydu
  • Dünən, 14:00
    UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
  • Dünən, 13:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 13:18
    "Araz-Naxçıvan" kapitanla vidalaşdı
  • Dünən, 12:57
    Keyta "Qəbələ" ilə yeni müqavilə imzaladı
  • Dünən, 12:26
    İtaliya klubunu tərk etdi
  • Dünən, 11:55
    Çüdoçularımızın rəqibləri məlum oldu
  • Dünən, 11:30
    Sərgən Yalçın ''Beşiktaş''ı yıxıb-sürüdü - ''Komanda bu gedişlə hara gedir?''
  • Dünən, 11:06
    Rövlan Muradov "Araz-Naxçıvan"da
  • Dünən, 10:53
    Varqas nağılı başa çatır! – belə şey olar?
  • Dünən, 10:31
    Mehdi Cənnətov "Səbail"də
  • Dünən, 10:10
    Braziliya pley-offa qrup lideri kimi adladı - DÇ səhəri
  • Dünən, 09:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • 24-06-2026, 23:0
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • 24-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
  • 24-06-2026, 22:0
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
Daha çox
Oxunub: 283
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 259
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 256
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 240
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 213
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 208
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə