Qara Qareyevin yeni klubu açıqlandı

30.10.2024 14:54 282
Ölkə futbolu
Millimizin sabiq üzvü Qara Qarayevin yeni klubu bəlli olub.

"Football-plus.az" xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi "Araz-Naxçıvan"a keçib. Qara ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, yığmamızın 76 oyun keçirən Qara Qarayev "Qarabağ"ın yetirməsidi. 15 il (2008-23) Ağdam klubunda çıxış edən futbolçu 2023-cü ildə "Neftçi"yə keçsə də, orada heyətə düşə bilməyib və bir müddət əvvəl komandadan ayrılıb.

Qara karyerası ərzində 9 dəfə ölkə çempionu, 5 dəfə isə ölkə kubokunun qalibi olub.