32 yaşlı futbolçunun adı bir neçə klubla yanaşı hallansa da, “Araz-Naxçıvan” irəli çıxdı. Klubla oyunçu arasında danışıqların müsbət yekunlaşdığı və keçidin tezliklə ictimaiyyətə açıqlanacağı bildirilir.
Bəs “Araz-Naxçıvan” Qareyevlə rəsmi masa arxasına oturubmu?
Klubun icraçı direktoru Eldəniz Yusubovun “Football-plus.az”ın sualına cavabı belə oldu:
“Bəli, Qara Qarayevlə danışıq aparmışıq. Demək olar ki, bütün detallar razılaşdırılıb. Yəqin ki, bu gün artıq mətbuata təqdim olunacaq. Sənədlərin rəsmiləşməsi prosesi qalıb. Onu da yekunlaşdıracağıq, keçid bu gün təqdim olunacaq”.
RÖYANƏ OĞUZ





