Qara Qarayev "Qarabağ"dan ayrıldı

22.07.2023 18:05 1 074
Ölkə futbolu / Manşet
"Qarabağ"da növbəti ayrılıq baş verib.

"Football-plus.az" xəbər verir ki, Qara Qarayev Ağdam təmsilçisindən ayrılıb. Bununla bağlı "köhlən atlar"ın digər üzvü Abbas Hüseynov şəxsi "instaqram" hesabında paylaşım edib:

"Uğurlar, mənim "Qarabağ"lı qaqam".

Qara Qarayevin yeni komandası da bəllidi. Yarımmüdafiəçi karyerasını "Neftçi"də davam etdirəcək. Millimizin üzvü flaqmanla "2+1" illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Qara Qarayev yeni komandasında da "2" nömrəli formanı geyinəcək.

İLKİN SULTANLI