Madrid derbisində iştirak etməyəcək

8.01.2026 09:21 8
Dünya futbolu
Kilian Mbappenin yaşıl meydana dönüşü bir qədər ləngiyəcək.

"Football-plus.az" xəbər verir ki, “Real”ın açıqladığı İspaniya Superkubokunda iştirak edəcək futbolçuların siyahısında komandanın hücumçusu yer almayıb.

Məlumata görə, fransalı futbolçu zədə səbəbindən vacib turniri buraxmalı olacaq. Klub hələ ötən ilin son günündə onun sıradan çıxdığını elan etmişdi. Baş məşqçi Xabi Alonso mətbuat konfransında Mbappenin Superkubok matçlarına qədər sağalacağına ümid etdiyini bildirsə də, bu, mümkün olmayıb.

“Real” bu gün turnirin yarımfinalında Madridin digər klubu “Atletiko” ilə qarşılaşacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul