Mbappenin aqibəti məlum oldu

27.09.2024 18:52 124
Dünya futbolu
Killian Mbappenin son durumu açıqlanıb: “Real”ın hücumçusunun zədədən bərpa müddəti bəlli olub.

İnsayder Fabritsio Romanonun sosial hesabı vasitəsilə verdiyi xəbərə görə, 25 yaşlı fransalı futbolçuda La Liqanın “Alaves” ilə matçında (3:2) sol ayağın biseps əzələsinin zədələnməsi aşkarlanıb. Mbappenin buna görə 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir. O, “Atletiko”, “Lill” və “Valyadolid”ə qarşı oyunları buraxmalı olacaq.

Qeyd edək ki, Killian bu mövsüm “Real”ın heyətində 9 oyuna çıxıb, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.