Məlum olduğu kimi bu yayın və son illərin ən böyük maraqla gözlənilən transferi artıq rəsmən açıqlanıb.
“Football-plus.az” xəbər verir ki, söhbət Kilian Mbappenin ''Real''a keçidindən gedir. Amma fransalı superulduz hələ ki, Madrid publikasına təqdim olunmayıb. Bu arada təqdimolunma mərasiminin tarixi müəyyənləşib. Mbappe iyulun 16-da, yəni AÇ-2024 başa çatdıqdan 2 gün sonra ''Real'' forması geyərək ilk dəfə ''Santyaqo Bernabeu''ya ayaq basacaq. Rəhbərliyin məhz bu tarixi seçməsi ilk növbədə Zinəddin Zidanla bağlıdı. AÇ-nin finalını xüsusi qonaq qismində izləmək niyyətində olan fransalı əfsanə 2 gün sonra İspaniya paytaxtına gələrək öz həmyerlisini fanatlara təqdim edəcək. ''Real'' rəhbərliyi klub tarixinin ən möhtəşəm mərasimini keçirməyə və Kriştiano Ronaldonun da təqdimatını kölgədə qoymağa hazırlaşır. Xatırladaq ki, 2009-cu ildə Kriştiano ''Mançester Yunayted''dən ''Real''a keçərkən ''Bernabeu''ya 80 minə yaxın azarkeş gəlmişdi. Həmin mərasimdə ''Real''ın əfsanəsi Alfredo Di Stefano, eləcə də Ronaldonun əfsanəvi həmyerlisi Eysebio da iştirak etmişdi.
ƏLİ
Mbappenin təqdimat mərasimi nə üçün məhz bu tarixdə olacaq?
Dünya futbolu






