Kilian Mbappenin bu gün “Real”da debüt edəcəyi gözlənilir.
Klubu onun adını Avropa Superkuboku oyununun iştirak ərizəsinə daxil edib. Fransız hücumçu “Real” ilə matçın keçiriləcəyi Varşava şəhərinə yollanıb. İspaniya klubunun digər yeni transferi, braziliyalı hücumçu Endrikin də adı “Atalanta” ilə matçın iştirak ərizəsinə salınıb.
Xatırladaq ki, Avropa Superkuboku matçı bu gün Polşanın paytaxtında keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23.00-da start götürəcək.