Divok Orici ilə bağlı bir müddət əvvəl yayılan xəbər doğru çıxıb.
"Football-plus.az" xəbər verir ki, “Milan” belçikalı hücumçu ilə yollarını ayırıb.
Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, tərəflər arasında müddəti 2026-cı ilin iyununa qədər olan müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib. 30 yaşlı futbolçu 2023-cü ilin mayından milanlıların heyətində meydana çıxmayıb. Orici 2023/24 mövsümünü icarə əsasında “Nottingem Forest”də keçirib. Bundan sonra isə “Milan”ın əsas heyətindən kənarda qalıb və fərdi şəkildə məşq edib.
Divok 2022-ci ildə “Milan”la 4 illik müqavilə imzalamışdı.