O, klubunu 100 milyon avro irəli sala bilər

21.12.2025 11:13 11
Dünya futbolu
Meyson Qrinvud karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

"Football-plus.az" xəbər verir ki, NEOM klubu “Marsel”in hücumçusunu heyətinə qatmaq üçün hərəkətə keçib. Klub rəhbərliyi 24 yaşlı forvardın transferi üçün marselliərə 100 milyon avro təklif edib. NEOM-un ingiltərəli futbolçu uğrunda mübarizədə istənilən rəqiblə rəqabət aparmağa hazır olduğu da vurğulanır.

Qeyd edək ki, “Marsel”lə müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədər nəzərdə tutulan Meyson cari mövsümdə bütün turnirlərdə 19 oyuna çıxıb. Bu matçlarda komandasına 11 qol və 4 məhsuldar ötürmə ilə faydalı olub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul