Türkiyə Rumıniyanı bu stadionda qəbul edəcək

11.12.2025 10:06 12
Dünya futbolu
Məlum olduğu kimi Türkiyə yığmasını gələn ilin martında mühüm oyunlar gözləyir.

"Football-plus.az" xəbər verir ki, qardaş ölkənin komandası martda DÇ-2026-nın pley-offu çərçivəsində evdə Rumıniya ilə qarşılaşacaq. Bu səddi aşacağı təqdirdə isə həlledici matçda səfərdə ya Slovakiya, ya da Kosovo ilə oynayacaq.

Bu arada Türkiyənin Rumıniyanı qəbul edəcəyi stadion rəsmən bəlli olub. Bu qarşılaşmanın ''Qalatasaray''ın stadionu olan ''Rams Park''a veriləcəyi ilə bağlı iddialar doğrulmayıb. Türkiyə Futbol Federasiyasının rəsmi açıqlamasında martın 26-na təsadüf edəcək oyunun ''Beşiktaş''a məxsus ''Beşiktaş Park''da keçiriləcəyi bildirilib.

Qeyd edək ki, bu arena 2016-cı ildən istifadəyə verilib və Türkiyə indiyə qədər burda 3 görüş keçirib. ''Ay-ulduzlular'' ilk matçda 2019-un oktyabrında - AÇ-2020-nin seçmə mərhələsində Albaniyanı minimal hesabla yeniblər. Amma növbəti iki oyunda bərabərlik qeydə alınıb. 2020-nin noyabrında Xorvatiya ilə yoxlama matçı 3:3, 2021-in sentyabrında mundialın seçmə mərhələsində Monteneqro ilə oyun 2:2 hesabı ilə yekunlaşıb.

Yəni Türkiyə indiyə qədər bu stadionda uduzmayıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul