Leroy Sanenin qışda ''Qalatasaray''ı tərk edəcəyi ilə bağlı iddialar səngimək bilmir.
Almaniyalı ulduz karyerasının ən çətin dönəmlərindən birini keçirir. İstanbul nəhəngi həm daxili çempionatda, həm də Çempionlar Liqasında qələbələri sıralasa da, Sanenin bu uğurda heç bir əməyi yoxdu. Bu mövsüm onun ümumiyyətlə komandada varlığı ilə yoxluğu bilinmir. Əsas heyətdəki yerini tamamilə itirən Sane artıq Almaniya yığmasına da çağırılmır.
İddialara inansaq, tanınmış futbolçu vətəninə geri dönmək niyyətindədi. Türkiyə mətbuatında gedən xəbərlərə görə menecerlər Sanenin xidmətini Dortmund ''Borussiya''sına təklif ediblər. Niko Kovaçın çalışdırdığı ''arılar'' əslində Sanenin xidmətində maraqlıdı. Amma onun illik maaşı klubu çəkindirir. 30 yaşlı vinger İstanbulda illik 9 milyon avro qazanır.
MLS klublarının da hədəfində olan Sane bundestimin çalışdırıcısı Yürgen Kloppun gözü önündə olmaq üçün bundesliqaya qayıtmağa can atır. 2025-in yayında ''Bavariya''dan pulsuz transfer edilən və ilk mövsümdə heç də pis təsir bağışlamayan Sane bu mövsüm isə iştirak etdiyi 16 rəsmi oyunda meydanda olduğu 591 dəqiqə ərzində aktivinə heç bir məhsuldar hərəkət yaza bilməyib.
''Transfermarkt''da onun dəyəri 15 milyon avro göstərilib.
''Qalatasaray''ın ulduzu vətəninə qayıtmaq istəsə də...
Dünya futbolu





