Zamiqin komandası zirvədə möhkəmləndi

29.11.2026 23:30
Dünya futbolu
Zamiq Əliyev Albaniya “Eqnatiya”sının heyətində növbəti oyuna çıxıb.

"Football-plus.az" xəbər verir ki, onun komandası superliqanın 13-cü turunda “Elbasani”ni qəbul edib.

Baş məşqçi Nevil Dede azərbaycanlı müdafiəçiyə ilk dəqiqələrdən şans verib.

Matç Zamiqin komandasının qələbəsi ilə (2:1) başa çatıb.

"Eqnatiya" 30 xalla liderliyini möhkəmləndirib.