Salahın aqibəti müəyyənləşdi

11.12.2025 14:55 15
Dünya futbolu
Məhəmməd Salah böyük ehtimalla yanvarda “Liverpul”u tərk edəcək.

"Football-plus.az" xəbər verir ki, rəhbərlik misirli hücumçu ilə bağlı mövqeyini müəyyənləşdirib. Böyük Britaniya mətbuatının məlumatına görə, klub qış “transfer pəncərəsi” dövründə Salahı satmağı planlaşdırır. Deyilənə görə, futbolçu bütün variantlara açıqdı: Məhəmməd “Real”, “Bavariya” və ya “Barselona”ya keçidi dəyərləndirməyə hazırdı. Bununla belə, Səudiyyə Ərəbistanından gələcək təklif onun üçün daha cəlbedici variant ola bilər.

Xatırladaq ki, Salah son günlər baş məşqçi Arne Slotu tənqid edib və komandadakı rolundan narazılığını bildirib. Ardıcıl 3 oyunda start heyətində yer almayan misirli Çempionlar Liqasının “İnter”lə matçı üçün iştirak ərizəsinə salınmayıb.

Salah bu mövsüm “Liverpul”da 19 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul