Məhəmməd Salah yenidən Səudiyyə Ərəbistanı klublarının maraq dairəsinə düşüb.
"Football-plus.az" xəbər verir ki, “Əl-Hilal” və “Əl-Qadisiyə” klubları “Liverpul”un misirli hücumçusunu transfer etmək niyyətindədilər. Bu klubların keçidi 2026-cı ilin yayında, futbolçunun müqaviləsinin müddətinin sona çatmasına bir il qalmış planlaşdırdığı bildirilir.
Xatırladaq ki, bir müddət əvvəl Yaxın Şərq klublarından gələn təklifləri geri çevirən və 500 milyon funt sterlinqdən çox qazancdan imtina edən Məhəmməd “Liverpul”la sözləşməsinin müddətini 2027-ci ilin yayına qədər artırmışdı.
Təcrübəli futbolçu cari mövsümdə bütün turnirlərdə keçirdiyi 17 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.