“Liverpul” Salahı satmağa hazırdı?

4.02.2023 23:35 335
Dünya futbolu
Məhəmməd Salah yayda “Liverpul”u tərk edə bilər.

Football-plus.az xəbər verir ki, İngiltərə klubunun misirli hücumçunu mövsümün sonunda satmağa hazır olduğunu “calciomercato” portalı xəbər verib.

Bu mənbəyə görə, Salahı almağa əsas namizəd PSJ-di. İddiaya görə, “Liverpul” aparıcı oyunçusunu 80 milyon avrodan az olmamaq şərti ilə satmağa hazırdı.

Qeyd edək ki, Salah İngiltərə klubunda 2017-ci ildən çıxış edir. Onun hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdi.