Salah hansı qərarı verdi?

12.02.2024 15:29 649
Dünya futbolu
Məhəmməd Salah klubundakı gələcəyi ilə bağlı qərar verib.

“Football Insider”in məlumatına görə, misirli hücumçu “Liverpul”dan ayrılmaq fikrində deyil. Əksinə, klubla müqaviləni yeniləmək istəyir. Onun “Liverpul”la hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.

Salah bu mövsüm klubunda bütün turnirlərdə 27 oyuna çıxıb, 18 qol vurub və 9 məhsuldar ötürmə edib.