İntensiv yağış yağacaq, tufan qopacaq! – təbiət bizdən nə istəyir?

10.12.2025 00:00 70
Avrokuboklar / Aktual
“Qarabağ” sabah yeni tarixinin bəlkə də ən önəmli matçına çıxır. ÇL-in liqa mərhələsində 5 oyundan sonra sonra 7 xal toplayan “köhlən atlar” 1 xal belə qazana bilməyən “Ayaks”ı qəbul edəcək.

Bu aralar ölkə ərazisində hava şəraiti qeyri-sabitdi. Bəs sabah, oyun saatında hava necə olacaq?

Havanın temperaturu gündüz 12, axşam – oyun zamanı isə 9 dərəcə olacaq. Səhərdən, hətta gecədən, düz növbəti günün səhərinə qədər yağış yağacaq, arabir şiddətlənəcək. Futbolçulara mane olan tək yağış olmayacaq. 18 km/saat külək də olacaq. İntensiv yağış və külək isə hər iki komandaya ciddi problem yaradacaq, oyun keyfiyyətini aşağı salacaq.

Ümid edək ki, hər nə olur-olsun, “Qarabağ” meydandan sonra istədiyimiz 3 xalla ayrılmağı bacaracaq!

MÜZƏFFƏR QULUZADƏ