Oyun zamanı Gentdə hava necə olacaq? - Tarixi oyuna 6 saat qaldı

23.02.2023 18:00 217
Aktual
Bu gün “Qarabağ” tarixi oyuna çıxır.

Football-plus.az xəbər verir ki, Ağdam təmsilçisi Konfrans Liqasının pley-offunun cavab matçında “Gent”in qonağı olacaq.

Hazırda Belçikanın adı çəkilən şəhərində hava normaldı. Gentdə 10 dərəcə istilik müşayiət olunur. Küləyin sürəti 8 km/saatdı. Rütubət dərəcəsi 73 faizdi. Hazırda şəhərdə 2 mm düşmə dərəcəsi olan yağış yağır.

Oyun saatında isə Gentdə temperatur 6 dərəcə olacaq. 11 km/saat sürətlə külək əsəcək. Rütubət dərəcəsi 84 faiz olacaq. Görüş zamanı da 2 mm düşümə dərəcəsində yağış yağacaq.

İLKİN SULTANLI