Lissabon havası “oynayın!” deyir...

16.09.2025 15:54 20
Avrokuboklar / Aktual
İstənilən matçın mümkün axarından danışarkən yada düşən şərtlərdən biri də havadı. Qazonun durumu əla, hava şəraiti münasib olanda futbolçular da qanadlanır, ustalığının bütün çalarlarını göstərməyə çalışır. “Benfika” – “Qarabağ” oyununun keçiriləcəyi Lissabonda, görəsən, hava necədi? Bəs, oyun saatında necə olacaq?

“Football-plus.az” “Accu Weather” saytına istinadla xəbər verir ki, bu gün Portuqaliya vaxtıyla saat 20.00-da paytaxt Lissabonda 24 dərəcə isti olacaq. Yay fəslində olduğumuzu və 15-25 dərəcə aralığının futbol üçün ideal sayıldığını nəzərə alsaq, “köhlən atlar” səfərdə bu baxımdan heç bir ciddi çətinliklə üzləşməyəcək. Deməli, ən azı hava komandanın ən yaxşı oyununu göstərməsinə mane olmayacaq. “Benfika”nın futbolçuları isə başqa məsələdi.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul