Məhəmməd Salah ilə bağlı maraqlı xəbər yayılıb.
"Football-plus.az" xəbər verir ki, “Liverpul”un aparıcı futbolçusunun Səudiyyə Ərəbistanına yollana biləcəyi iddia olunur.
“Əl-İttihad”ın misirli hücumçuya 2 illik müqavilə təklif etdiyi bildirilib. Meneceri Rami Abbas 31 yaşlı futbolçunun bu kluba transfer olunacağı haqda məlumatlara münasibət bildirib. O, “tvitter” hesabında bu cümlələri yazıb: “Salah “Liverpul”dan ayrılmağı düşünsəydi, ötən il müqaviləni yeniləməzdi. O, “Liverpul”a sadiqdi”.
Qeyd edək ki, Məhəmmədin “Liverpul”la sözləşməsinin müddəti 2025-ci ilin yayına qədərdi. O, bu komandada 2017-ci ildən çıxış edir.