Klubu Salahı qorumağa çalışacaq

29.12.2023 13:29 198
Dünya futbolu
“Liverpul” Məhəmməd Salahı qorumağa çalışacaq.

"Football-plus.az" xəbər verir ki. artıq onunla bağlı qərar verib.

Böyük Britaniya mənbələrinin məlumatına görə, İngiltərə klubu 31 yaşlı hücumçu ilə müqaviləni yeniləyəcək. Yeni sözləşmənin müddətinin 2027-ci ilin yayına qədər nəzərdə tutulacağı da qeyd edilir. Xatırladaq ki, misirli futbolçu artıq bir neçə aydı Səudiyyə Ərəbistanı klublarının maraq dairəsindədi.

Məhəmməd Liverpul”a 2017-ci ildə “Roma”dan keçib. O, bu mövsüm komandada bütün turnirlərdə 26 oyunda meydana çıxıb, 16 qol vurub və 8 məhsuldar ötürmə verib.