Premyer-liqada 13-cü tur güzəştsiz mübarizə şəraitində keçdi.
"Football-plus.az" xəbər verir ki, yeganə heç-heçə turun mərkəzi oyununda – London derbisində qeydə alındı.
Qeyd etməyə dəyər ki, “Çelsi” Kaysedonun birbaşa “qırmızı”sı üzündən 38-ci dəqiqədən azlıqda oynadı. “Liverpul” ardıcıl iki məğlubiyyətdən sonra səfərdə “Vest Hem” üzərində qələbə qazandı. Mançester klubları da qələbəyə sevindi. “Siti” “Lids”in müqavimətini qırdı, “Yunayted” “Kristal Pelas”la oyunda əzmkarlıq göstərdi.
Girişdə vurğuladığımız kimi, turun mərkəzi oyununda liderlər – “Arsenal”la “Çelsi” üz-üzə gəldi. Futbolçular ilk dəqiqələrdən güzəştə getmək niyyətində olmadığını göstərdi. Artıq 13-cü dəqiqəyə qədər üç futbolçu sarı vərəqə ilə cəzalanmışdı. 38-ci dəqiqədə “Çelsi” azlıqda qaldı. Ona görə ki, Kaysedo mərkəzdə açıq ayaqla Merinonun topuğuna zərbə vurdu. VAR otağından gələn mesajdan sonra Entoni Teylor ekvadorlunu meydandan qovdu. Fasilə ərəfəsində Martinelli hesabı aça bilərdi, ancaq Sançes yenə inamlı oynadı. 2-ci hissənin əvvəlində “zadəganlar” irəli çıxdı. Ceymsin künc zərbəsindən ötürməsindən sonra Çaloba fərqləndi. Ruhdan düşməyən “topçular” 10 dəqiqə sonra hesabı bərabərləşdirdi. Sona qədər hər iki komandanın fərqlənmək şansı olsa da, tablodakı rəqəmlər dəyişmədi. 1:1 oyunun axarına uyğun hesabdı.
“Vest Hem” – “Liverpul” oyunu çox aşağı tempdə başladı. Mersisaydlılar ilk təhlükəli vəziyyəti hissənin ortalarında yaratdı. İsak zərbə vursa da, “çərçivə”yə düşmədi. Fasilə ərəfəsində Virts də əlverişli imkanı qaçırdı. Yalnız 60-cı dəqiqədə çempion “çəkicdöyənlər”in qapısına yol tapdı. Qakponun ötürməsindən sonra İsak hesabı acdı. “Vest Hem”in oyunçuları hücumlar qurmağa çalışsalar da, Paketa onların məğlubiyyətdən qurtulmaqla bağlı bütün ümidlərini qırdı. Braziliyalı yarımmüdafiəçi sona 6 dəqiqə almış hakimlə danışığa görə ardıcıl iki sarı vərəqə aldı. “Liverpul” uzatma dəqiqələrində 2-ci qolu da vurdu.
“Lids”i qəbul edən MS ciddi çətinlik çəkdi. Artıq 1-ci dəqiqədə hesabı açan “şəhərlilər” hissənin ortalarında Qvardiolun sayəsində 2-ci qolu da vurdu. “Lids” ilk yarıda “çərçivə”yə bir zərbə də vurmamışdı. Qonaqların çalışdırıcısı Daniel Farke fasilədə iki dəyişlik etdi və bunlardan biri işə yaradı. Yenicə meydana çıxan Kalvert-Lüin 49-cu dəqiqədə Nunyeşin səhvindən yararlandı və intriqanı bərpa etdi. 68-ci dəqiqədə isə “Lids” penalti qazandı. Bu dəfə də baş rolda Kalvert-Lüin idi. “Nöqtə”yə yaxınlaşan Nmeça Donnarumma ilə ilk dueldən məğlub ayrılsa da, təkrar zərbəsi dəqiq oldu. Yalnız hesab bərabərləşəndən sonra “Siti”nin futbolçuları ayıldı. “Şəhərlilər” bu fəallığın nəticəsi kimi 1-ci uzatma dəqiqəsində yenidən irəli çıxdı. “Lids”in hesabı bərabərləşdirmək üçün gücü qalmamışdı.
“Yunayted” “Kristal Pelas”ın qonağı idi. İlk yarıda daha fəal təsir bağışlayan londonlular fasilə ərəfəsində hesabı açdı. Mateta özü qazandığı penaltini qola çevirdi. “Qırmızı şeytanlar” 2-ci hissəyə çox fəal başladı ki, bu da dərhal nəticədə əksini tapdı. 54-cü dəqiqədə Zirkzee “status-kvo”nu bərpa etdi. 9 dəqiqə sonra isə Amorimin komandası hesabda önə keçdi. Fernandeşin ötürməsindən sonra Maunt fərqləndi. MY əzmkar qələbə sayəsində 7-ci pilləyə yüksəldi.
“Tottenhem”in qara zolağı davam edir. “Mahmızlar” London derbisində “Fulhem”i qəbul etdi. Oyunun əvvəli “Tottenhem” üçün faciəvi alındı. Artıq 6-cı dəqiqəyə qədər “bağbanlar” iki qol vurmuşdu. Kudus 2-ci hissənin ortalarında intriqanı bərpa etsə də, “mahmızlar” bundan artığına qadir deyildi.
“Nyukasl” səfərdə “Everton”u darmadağın etdi. “Sağsağanlar” artıq ilk yarıda üç cavabsız qol vurdular. 58-ci dəqiqədə Tiav hesabı 0:4 etdi. “Everton”un oyunçularının, daha dəqiqi, Dyusberi-Hollun gücü təsəlli qoluna çatdı. “Brayton” da səfər qələbəsinə sevindi. “Nottingem Forest”lə oyunda hesabı hissənin sonunda De Keyper açdı. “Meşəçilər” hesabı bərabərləşdirmək üçün irəli atıldı, ancaq Simasın 88-ci dəqiqədəki qolu oyunun taleyinə aydınlıq gətirdi.
“Bornmut”u qəbul edən “Sanderlend”in futbolçuları növbəti dəfə xarakter göstərdi. “Albalılar” 15-ci dəqiqədə qədər iki qol vurdu. Xüsusən də Adamsın 43,3 metrdən vurduğu qolu qeyd etməyə dəyər. Amma fasiləyə qədər fərqi azaldan “Sanderlend” 2-ci hissədə daha iki dəfə fərqlənməklə əzmkar qələbə qazandı.
“Bernli”ni qəbul edən “Brentford” və aşkar autsayder “Vulverhempton” ilə qarşılaşan “Aston Villa” da bu tur hesabına 3 xal yazdı.
13-cü tur
Çelsi – Arsenal 1:1
Çaloba, 48 – Merino, 59. (39820)
Çelsi: Sançes, Hüsto, Fofana, Çaloba, Kukurelya, Ceyms, Kaysedo, Estevao (Qarnaço, 46), Fernandes, Neto, Pedro (Delap, 55).
Arsenal: Rayya, Timber, Moskera, İnkapye, Kalafyori (Lüis-Skelli, 46), Eze (Dyökereş, 72), Subimendi (Edeqor, 57), Rays, Saka, Merino, Martinelli (Madueke, 57).
Vest Hem – Liverpul 0:2
İsak, 60. Qakpo, 90+3. (62469)
Liverpul: Alisson, Qomes, Konate, Van Diyk, Kerkez (Robertson, 85), Qravenberx, Makallister, Qakpo, Soboslai, Virts (Cons, 76), İsak (Ekitike, 68).
Mançester Siti – Lids 3:2
Foden, 1; 90+1. Qvardiol, 25 – Kalvert-Lüin, 49. Nmeça, 68. (52483)
MS: Donnarumma, Nunyeş, Diaş, Qvardiol, O’Rayli, Reynders (Şerki, 75), Niko, B.Silva (Marmuş, 89), Foden, Holann, Dokyu (Stounz, 90+6).
Kristal Pelas – Mançester Yunayted 1:2
Mateta, 36-p. – Zirkzee, 54. Maunt, 63. (25832)
MY: Lammens, Yoro (Mazraui, 55), Şou (Martines, 83), Dyallo (Dorqu, 90+1), Kazemiro, Fernandeş, Dalot, Mbemo (Maynu, 90+1), Maunt, Zirkzee.
Tottenhem – Fulhem 1:2
Kudus, 59 – Tete, 4. Uilson, 6. (60546)
Tottenhem: Vikario, Porro, Danso, Van de Ven, Udoci (Tel, 85), Palyinya (Bentankur, 60), Qrey (Odober, 60), Kudus, Berqvall (Sarr, 77), Rişarlison (Simons, 60), Kolo-Muani.
Brentford – Bernli 3:1
Tyaqo, 81-p.; 86. Uattara, 90+2 – Flemminq, 85-p. (17176)
Sanderlend – Bornmut 3:2
Le Fe, 30-p. Traore, 46. Brobbi, 69 – Adli, 7. Adams, 15. (46973)
Everton – Nyukasl 1:4
Dyusberi-Holl, 69 – Tiav, 1; 58. Mayli, 25. Voltemade, 45. (51135)
Aston Villa – Vulverhempton 1:0
Kamara, 67. (42139)
Nottingem Forest – Brayton 0:2
De Keyper, 45+1. Simas, 88. (30522)
1. Arsenal 13 9 3 1 25-7 30
2. Mançester S. 13 8 1 4 27-12 25
3. Çelsi 13 7 3 3 24-12 24
4. Aston Villa 13 7 3 3 16-11 24
5. Brayton 13 6 4 3 21-16 22
6. Sanderlend 13 6 4 3 17-13 22
7. Mançester Y. 13 6 3 4 21-20 21
8. Liverpul 13 7 0 6 20-20 21
9. Kristal Pelas 13 5 5 3 17-11 20
10. Brentford 13 6 1 6 21-20 19
11. Bornmut 13 5 4 4 21-23 19
12. Tottenhem 13 5 3 5 21-16 18
13. Nyukasl 13 5 3 5 17-16 18
14. Everton 13 5 3 5 14-17 18
15. Fulhem 13 5 2 6 15-17 17
16. Nottingem Forest 13 3 3 7 13-22 12
17. Vest Hem 13 3 2 8 15-27 11
18. Lids 13 3 2 8 13-25 11
19. Bernli 13 3 1 9 15-27 10
20. Vulverhempton 13 0 2 11 7-28 2
Bombardirlər: Holann (MS) – 14, Tyaqo (Brentford) – 11, Uelbek (Brayton), Mateta (Kristal Pelas) - 7.
Turun rəqəmi
300 – Lük Şou MY-nin heyətində oyun sayını bu həddə çatdırdı. 30 yaşlı müdafiəçi 2014-cü ildən bu klubun şərəfini qoruyur. MY ilə İngiltərə Superkubokunu, Liqa kubokunu və Avropa Liqasını qazanıb.
Turun ulduzu
File Foden (MS) – Holannın oyununun alınmadığı məqamda komandasının köməyinə çatdı. “Lids”lə oyunda dubl etdi. Bu temp ilə davam edərsə, yığmanın məşqçi korpusunun diqqətini çəkə bilər.
Turun sitatı
Con Terri, “Çelsi”nin sabiq kapitanı: