• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Çelsi” artıq sıradan bir rəqibdi - TURUN ŞƏRHİ

Dünya futbolu

4-05-2023, 12:0

34-cü turun son oyununda “Çelsi”yə qalib gələn “Arsenal” zirvəni özünə qaytardı. Təbii ki, bu liderlik şərti xarakter daşıyır. Dünən axşam 28-ci turdan təxirə salınan oyunda “Vest Hem”i qəbul edən “Mançester Siti” qələbə sayəsində liderliyi bərpa edə bilərdi.

London derbisində hansısa başqa nəticə gözləməyə dəyərdimi? Çətin ki! “Çelsi” həm oyun baxımından, həm də psixoloji planda dərin böhran yaşayır. “Zadəganlar” səfər oyununa da süst başladı və artıq 34-cü dəqiqədə qapısında 3-cü qolu gördü. Edeqorun dublundan sonra “Çelsi” tam ruhdan düşdü. Yalnız Kepanın inamlı oyunu fasiləyə qədər hesabın 3:0-dan artıq olmasına imkan vermədi. 0:3-dən sonra qonaqlar bir qədər canlandı. Ancaq komandanın durumu elə bərbaddı ki, yalnız darmadağından qaçmağa ümid edə bilərdi. Belə görünür ki, “Çelsi” üçün mövsümün elə indi bitməsi yaxşı olardı. Rəhbərlik komandanı dağıdar və yeni baş məşqçi tapardı. Son oyunlardakı uğursuzluqları nəzərə alsaq, “Arsenal” bu qələbə ilə bir qədər özünə gəldi. Ancaq qlobal baxımdan heç nə dəyişməyib. Yalnız hansısa möcüzə olmalıdı ki, “şəhərlilər” çempionluğu əldən versin.

34-cü turun oyunu
Arsenal – Çelsi 3:1

Edeqor, 18; 31. Jezus, 34 – Madueke, 65. (60144)

Arsenal: Remsdeyl, Zinçenko (Tirni, 73), Qabriel (Holdinq, 85), Kivyor, Uayt, Edeqor, Jorjinyo (Parti, 86), Caka, Trossar (Martinelli, 59), Jezus, Saka (Nelson, 73).

Çelsi: Kepa, Çiluell, Silva, Fofana (Çaloba, 86), Aspilikueta, Kante, Fernandes (Mudrik, 71), Kovaçiç, Sterlinq (Qallaher, 71), Obameyanq (Haverts, 46), Madueke (Ziyeş, 79).

1. Arsenal – 78 (34), 2. Mançester Siti – 76 (32)... 12. Çelsi – 39 (33)...
Bombardir: Holann (Mançester Siti) – 34.

Oyundan sonra
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“Düşünürəm ki, komanda ilk 60 dəqiqədə çox yaxşı oynadı. Sürət, ustalıq, hərəkətlilik, iki gözəl qol – azarkeşlərlə eyni dalğadaydıq və möhtəşəm atmosfer yaratmışdıq. Fanatlar bizi əla dəstəkləyir, turnir cədvəlində 1-ci yerdə qərarlaşmağı haqq etmək istəyirdik. Bunu bacardıq, razıyıq”.


Frenk Lempard, “Çelsi”nin baş məşqçisi:

“İlk yarını pis keçirməyimiz hesabda əksini tapdı. İlk yarıda bizə qarşı oynamaq bütün aspektlər baxımından xoş idi. 2-ci hissədə isə komanda kimi oynamağa başladıq. Bunu qəbul etmək çətindi. Ona görə ki, biz də qalib gəlmək istəyirik”.


Faktlar
* “Çelsi” “Arsenal”a qarşı son 7 oyunda yalnız bir qələbə qazanıb. “Topçular” 2020-ci il avqustun 1-dən bəri çempionatda və ölkə kubokunda 6 qələbəni bayram edib. “Göylər”in yeganə qələbəsi isə 2021-ci il avqustun 22-də qeydə alınıb.
* Lempard “Çelsi”nin baş məşqçisi kimi ardıcıl 6-cı, ümumilikdə ardıcıl 10-cu məğlubiyyətlə barışdı. Seriyanın əsası cari mövsümdə - mütəxəssis “Everton”un “sükanı arxasında” olarkən qoyulub. O, Liverpul klubundan ardıcıl 4 məğlubiyyətdən sonra qovulub. Lempard 2005-ci ildən bəri premyer-liqanın bir mövsümündə ardıcıl 10 oyunda uduzan ilk məşqçidi. Həmin il isə onda “Sanderlend”ə rəhbərlik edən Mik Makkarti belə uğursuzluqla üzləşib.

Turun rəqəmi
10- cari mövsümdə London təmsilçiləri üzərində qələbə sayını bu həddə çatdıran “Arsenal” paytaxtın ən güclü klubudu. Mövsüm ərzində London derbilərində 10 qələbə İngiltərə rekordudu. “Topçular” cari mövsümdə “Fulhem” (2:1, 3:1), “Tottenhem” (3:1, 2:0), “Kristal Pelas” (4:1, 2:0) və “Çelsi”ni (3:1, 1:0) iki dəfə məğlub edib. “Brentford” (1:1, 3:0) və “Vest Hem” (3:1, 2:2) ilə oyunlarda isə qələbə və heç-heçə qeydə alınıb.

Turun ulduzu
Denni Uelbek (Brayton) – “qağayılar”ın heyətində sanki ikinci gəncliyini yaşayır. “Vulverhempton”la oyunda komandasının əsas zərbə gücü idi. Dubl etdi və Undava dabanla qol ötürməsi verdi. Meydanda cəmi 56 dəqiqə qalsa da, qələbəyə böyük töhfə verdi.

Turun sitatı
Hari Nevill, “Mançester Yunayted”in sabiq oyunçusu:

“Düşünürəm ki, “Mançester Siti” çempionluğu qazanacaq. Ancaq hər şey baş verə bilər. Komandanın necə irəli çıxdığını, sonra isə problemlərlə üzləşdiyini son həftələrin “Arsenal”ı üzərində gördük. 2012-də - “Siti” ilk dəfə çempion olanda “Yunayted” uzun müddət irəlidə idi, ancaq “şəhərlilər” lideri haqladı”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-01-2023, 12:0

"Çelsi"dən antirekord

Dünya futbolu

26-05-2022, 10:0

Premyer-liqanın ən pis rəmzi komandası açıqlandı

Dünya futbolu

29-05-2022, 13:0

''Çelsi'' ''Arsenal''ın gününə düşəcək

Dünya futbolu

26-10-2022, 23:0

“Mançester Yunayted” 2017-dən bəri premyer-liqada bu komandaya uduzmur

Dünya futbolu

5-04-2023, 23:0

Lempard "Çelsi"yə dönə bilər

Aktual
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Son xəbərlər
  • Dünən, 23:55
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • Dünən, 23:32
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • Dünən, 23:01
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • Dünən, 22:06
    Qurban Qurbanov Ağdama səfər etdi
  • Dünən, 21:54
    "Şamaxı"da növbəti ayrılıq
  • Dünən, 21:50
    Sadıq Sadıqov dünyasını dəyişdi
  • Dünən, 21:30
    "Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
  • Dünən, 20:00
    Millimiz Macarıstana uduzdu
  • Dünən, 19:32
    “Şəfa” yeni baş məşqçisini açıqladı
  • Dünən, 19:01
    Terim Türkiyənin DÇ-də şansları haqda nə dedi? - ''Bizim üçün sərhəd yoxdu''
  • Dünən, 18:10
    "Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
  • Dünən, 17:22
    ''Beşiktaş''ın yeni məşqçisi İstanbula gəldi
  • Dünən, 16:47
    Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
  • Dünən, 15:51
    ''Trabzonspor'' DÇ-də oynayacaq futbolçu aldı
  • Dünən, 15:05
    AFFA-da seminar keçirildi
  • Dünən, 14:14
    “Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
  • Dünən, 13:16
    Əziz Yıldırımın rəqibi ''bombaları partlatdı'' - Luis Suares, Merih Dəmirəl...
  • Dünən, 12:45
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:54
    UEFA ona ağır cəza kəsdi
  • Dünən, 11:23
    "Karvan-Yevlax"da növbəti ayrılıq
  • Dünən, 10:52
    “Real”dan ayrılacağını bəyan etdi
  • Dünən, 10:31
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Dünən, 10:00
    Vlahoviç hara gedir?
  • 4-06-2026, 23:0
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • 4-06-2026, 23:0
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • 4-06-2026, 22:0
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • 4-06-2026, 22:0
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • 4-06-2026, 21:0
    Onun yolu Madridədi?
  • 4-06-2026, 21:0
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • 4-06-2026, 20:0
    Milli komandada yeni təyinat
  • 4-06-2026, 20:0
    Yeni kapitan oldu
  • 4-06-2026, 19:0
    Romadan Milana üz tuta bilər
  • 4-06-2026, 19:0
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • 4-06-2026, 18:0
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • 4-06-2026, 18:0
    Tellur daha iki il "Sabah"da
Daha çox
Oxunub: 365
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 222
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 211
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 184
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə