''Qalatasaray''ın son 60 ildə Kadıköydə belə seriyası olmamışdı

3.12.2025 10:10 13
Dünya futbolu
Türkiyə çempionatının 14-cü turunda böyük İstanbul derbisi baş tutdu.

"Football-plus.az" xəbər verir ki, ''Fənərbaxça'' doğma fanatları önündə oynamasına və əla dəstəyə malik olmasına baxmayaraq ''Qalatasaray''ı məğlub edə bilmədi. Hətta komanda 1 xala şükür etməli oldu. Çünki qonaqların heyətində Leroy Sanenin 27-ci dəqiqədə vurduğu qol uzun müddət oyunda yeganə oldu. ''Sarı-lacivərdlilər''i məğlubiyyətdən əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə Con Duran xilas etdi. 1:1-lik bərabərlik sayəsində ''Qalatasaray'' liderliyini davam etdirdi. ''Fənər'' üçün yeganə təsəlli məğlubiyyətsiz seriyanın davam etməsi oldu.

''Cim-Bom'' Okan Burukun dönəmində hələ də əzəli rəqibinə səfərdə uduzmayıb. Komandanın ''Fənər''ə qarşı Kadıköydə məğlubiyyətsiz seriyası 5 rəsmi oyuna çatdı (3 qələbə, 2 heç-heçə). Bu, ''Qalatasaray''ın son 60 ilə yaxın dönəmdə ən yaxşı seriyasıdı!

Komandanın əzəli rəqibinə qarşı səfərdə bundan daha böyük (8) məğlubiyyətsiz seriyası sonuncu dəfə 1963-66-cı illərdə qeydə alınıb. ''Fənərbaxça'' bu mövsüm hesabda geridə olduğu matçlarda ən çox (8) xal toplayan komandadı. Özü də komanda son 4 turun 3-də bu cür şəkildə 7 xal toplayıb.

''Qalatasaray'' isə bu mövsüm ilk dəfə hesabda öndə olduğu qarşılaşmada xal itirdi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul